elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 мая 2018 г.

Əhmədova Sevda Mehman qızı

Əhmədova Sevda Mehman qızı 18 sentyabr 2006-ci ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Körpəlikdə istədiyinə nail olmadıqda tez məyus olurdu. Onu razı salmaq bir az çətin idi. Lakin ində də istədiyinə nail olmaq üçün mübarizə aparır və çox çalışır. Məktəbəqədər dövrdə hazırlıq kursuna getmiş və orda məktəbə hazırlıq proqramını tam öyrənmişdi. Orada Kəmalə müəllimdən dərs alırdı. Sevdanın rəqsə qarşı böyük marağı və bacarığı var. Eyni zamanda dərslərinə diqqət yetirir. O bütün fənlərə ciddi yanaşır, hər birini araşdırır, oxuyur, kospektlər hazırlayır. Dərsi tam anlamı ilə mənimsəmək üçün əlindən gələni edir. Çox məsuliyyətlə yanaşır dərslərinə, bu da valideynlərini çox sevindirir. Rəqsə qarşı olan marağı isə artıq 3-4 yaşlarında özünü biruzə verirdi. Ayaq barmaqlarını qatlayıb yorulmadan oynayırdı. Onun bu istedadını görən ailəsi onu 6 yaşında “Səma” rəqs ansambılına yazdırır. Səma rəqs ansamblı uğurları bol, bir çox ölkələrə səfər edən, milli rəqsimizi layiqincə nümayiş edən bir qurupdur.
Təhsil aldığı məktəb isə 171 saylı tam orta məktəbdir. Hazırda məktəbin V sinif şagirdidir. Hər zaman dəsrslərini yaxşı oxumağa çalışır. Onun ən sevimli fənləri ədəbiyyat və riyaziyyatdır. Bədii əsərlər, nağıllar oxumaq onun çox xoşuna gəlir. Həmçinin riyazi məsələlər həll etməyi də sevir.
Sevda her tərəfli istedadlı bir qızdır. Onun çox gözəl rəsmləri də var. O, rəsmlə məşğul olmaqdan mənəvi həzz alır. Sevdanın bacarıqları bununla sonlanmır. Bunlarla yanaşı şeir yazmaq bacarığıdı var.
Şeirlərinin bir çox hissəsini anasına həsr edib. Anası da əlbəttəki qürür duyur.
Həmçinin onun demek olar ki, bütün televizya kanallarında iştrak olub. Space kanalında “Mən böyümüşəm”, ATV-de 10-DAN sonrada, “Bizimləsən” verilişində aktor İmran Hüseynovun 50 yaşını qeyd etmək münasibətilə çıxış etmişdır. XƏZƏR kanalında 5/5-də 1 İyun “Uşaqlar Günü” bayramında iştrak etmişdir. Aztv kanalında “Yeni il” şənliyində, İTV-də dəfələrlə qrup şəklində “Yeni Gün” verlişində çıxış edib. Bundan əlavə hər il “Səma” rəqs qrupunun “Novruz” bayramı günlərində 1 saatliq hesabat konserti olur. Rəşid Behbutov adına konsert zalında “Səma” rəqs qrupu ildə 2 dəfə hesabat konserti verir. Bu konsertlərdə isə uşaqlara və tələbələrə fəxri fərman və diplom təqdim edilir.
Sevda və qrupu 2017-ci ildə Gürcüstanda keçirilən bir çox ölkələrin iştirak etdiyi festivala qatıldı. Azərbaycan I yerə layiq görüldü. Bunun qarşılığında isə onlara diplom, qrupa isə medal verildi. Sevda ölkəmizi təmsil etdiyi üçün çox xoşbəxtdi.
Bunlardan başqa Heydər Əliyev adına sarayda 23 Nisan çoçuk bayaramında iştrak edib. Qrupla birgə 26 Fevral “Xocalı” tədbirində de çıxış etdi. Bu tədbir çox yüksek səviyyədə keçirilmişdi. Tədbirdə səfirlər, dövlət işçiləri, incəsənət xadimləri iştrak etmişdilər. Tədbir fevralın 26-da ATV və Mədəniyyət kanallarında yayımlanmışdı.
Həyatının ən maraqlı günü isə bacısının dünyaya gəlməsidir. Bacısının artıq 6 yaşı var və adı Xədicədir.Sevda bacısını çox sevir. Əldə etdiyi uğurla üçün isə hər zaman ona dəstək olan valideynlərinə, müəllimi Səma xanım və Elçin bəyə, həmçinin sinif rəhbəri Nərminə xanıma öz minnətdarlığını bildirir.
Gələcəkdə isə tanınmış milli rəqqasələrimizdən olmaq istəyir. Eyni zamanda xəstə insanlara şəfa vermək üçün də həkim olmaq arzusundadır. Bu sənəti 6 yaşından seçib. Asudə vaxtlarında rəsm çəkmək və rəqs etməklə məşğul olur. Hərdən xarici yazıcıların kitablarını da oxuyur. Bunlardan “Balaca şahzadə”, “Tom Soyerin macəraları”, “Polyanna” və s. 

Elacım anam
Anadır sirrimi acdiğim insan ,
Min insan içində seçdiyim insan.
Acimi, dərdimi paylaşdığım,
Anadır dərdimə əlac tapanım.
BALALAR
Balalar dünyaya gələr bir zaman.
Hemin an analar ağlayar güler.
Uşaqlıq anları yadına düşer,
Öpər körpəsini, bağrına basar .
Uşaqdır ananın hər an sevinci .
Uşaqdər ananın böyük üreyi.
Uşaqdır ailəyə səadət sacan,
Ata və ananın yaşam səbebi.

ANA
Ana, gözümü açdığımda ilk gördüyüm adam.
Ana, ilk sesini eşitdiyim adam .
İşlətdiyim ilk kəlmə "ana"oldu.
Çox mehriban və qayğılı kəlmə oldu.
Mən seni incitdim bunu bilirəm.
Mən seni ağlatdım bunu bilirəm.
Amma səni çoxxx sevirəm .
Mən səni hamıdan çox sevirem.
Sən mənə həyat verdin ,
Sən mənə dünyanı açdın.
Mənsə səni xoşbəxt etdim.
Həyatına işıq sacdım.
Sənə sonsuz təşşəkkürlər edirem.

ATA
Ata kimdir, kimimdir?  
Ata pulla qoruyan, 
Yoxsa dayaq yerimdir? 
Ata məni inciden 
Yoxsa sevindirəndir? 
Tükenməz sərvət yerim, 
Ya tükənməz xoşbəxtliyimdir? 
Ata  mənim hər şeyim 
O, məni sevindirən 
Həmdə dayaq yerimdir.

Bir insan dunyaya
Bir vaxt goz acir
Insanin piside,yaxsisi da var
Bu insan ne acgoz ne de pis olur
Yaxsilar içinde seçilmiş olur.
Boyuyub heç bir vaxt
Heç bir insana ne pislik eleyib ne  de xeanet
Bir gun bu insanin qarsisina
Qaraqabaqli bir insan cixir
Bu insanin niyyeti pislik olarmis
Herkese bu pilyiyi yaymaq olarmis.
Novbe hemin bu insana catanda
Insan onun hiylesinin anlayir
Bas qoşmayir bu insana heç bir vaxt

Oz yoluna devam edir hemselik

Комментариев нет:

Отправить комментарий