elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 мая 2018 г.

İsmayılova Ayla Anar qızı



 
 

İsmayılova Ayla Anar qızı 17.07.2009-cu ildə Bakı şəhərində anadan olub. Ayla körpəlikdən ağıllı, təmkinli, yüksək zəkaya malik və güclü musiqi duyumu olan uşaq olub. Onun ən sevimli məşğuliyyəti musiqi dinləməkdir. O, yaşının çox az olmasına baxmayaraq eşitdiyi  musiqini sərbəst və səhvsiz bir şəkildə təkrar etməyi bacarıb. Ayla pianoda ifa etməkdən xüsusi olaraq zövq alır. Onun musiqiyə olan sevgisi anasının onun ilə  musiqi haqqında etdiyi söhbətlərdən sonra yaranıb. O, məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarıb. İsmayılova Ayla Bakı şəhəri Nərimanov rayonu 258 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 2-ci sinif şagirdidir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri Azərbaycan dili və riyaziyyatdır. Ayla eyni zamanda Bakı şəhəri 23 saylı 11 illik musiqi məktəbinin də şagirdidir. O, orta məktəb və musiqi məktəbində keçirilən bütün tədbirlərin, bayram şənliklərinin fəal iştirakçısıdır. Ayla fortepianoda müxtəlif əsərləri böyük məharətlə ifa etməyi bacarır. O, 7 may 2018-ci ildə R.Behbutov adına mahnı teatrında ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsertdə Q.Qarayev adına Simfonik orkestrlə bərabər, respublikamızın xalq artisti hörmətli dirijorumuz Teymur Göhçayevin rəhbərliyi altında fortepianoda ifa edib. Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərə görə musiqi məktəbində ixtisas müəllimi olan peşəkar pedaqoq, ən gözəl insani keyfiyyətləri özündə toplayan  Sevil Lazimovaya borclu olduğunu bildirir. Onun  gələcək planları  bəstələdiyi əsərlərinin dünyaya səs salacağı görkəmli, tanınmış bəstəkar olmaqdır. İştirak etdiyi müxtəlif konsertlərdən olan çıxışları internet şəbəkələri vasitəsi ilə yayımlanıb. Ayla bilik və bacarıqları ilə Vətəninə layiqli, ziyalı şəxsiyyət olaraq formalaşmaq niyyətindədir.
           

Комментариев нет:

Отправить комментарий