elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 мая 2018 г.

İbrahimov Ənvər Fəxrəddin oğlu


İbrahimov Ənvər Fəxrəddin oğlu 3 may 2007-ci ildə Ağcabədi şəhərində anadan olub. Valideynlərinin məlumatlarına görə kiçik yaşlarından valideynlərini incitməyib. Sakit, təmkinli, ağır təbiətli bir uşaq olub. Hər şeyi tez öyrənməyə maraqlı idi. Şəkil çəkməyi və müxtəlif əqli oyunlar oynamağı xoşlayırdı. Məktəbdən öncə Ukraynanın Xarkov şəhərində məktəbəqədər təhsil müəsisəsinə gedib. Yazıb-oxumağı  məktəbəqədər təhsil müəsisəsində müəllimlərinin köməyi ilə öyrənib. Ənvərin tərbiyəçisi ilk günlərdən onun istedadlı uşaq olduğunu hiss etdi. Valideynləri  ilə bu barədə söhbət apardıqdan sonra valideynləri onu rəssamlıq məktəbinə göndərməyi qərara alıb. 6 yaşından Ənvər rəssamlıq məktəbinə getməyə başlayıb.
Valideynləri işləri ilə əlaqədar doğma vətənə yol alırlar. Beləliklə, Ənvər ilk orta təhsilini 2013-cü ildən Bakı şəhər Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə almağa başlayır. Qısa zaman ərzində müəllim kollektivinin sevgi və rəğbətini qazandı. Hal-hazırda həmin məktəbin Elnurə müəllimənin rəhbərlik etdiyi 5ç sinfində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənlər tarix, riyaziyyat, idman, rus dili və ingilis dili fənləridir. Məktəbdə keçirilən müxtəlif xarakterli tədbirlərdə öz yerini alır. Əsasən də bütün musiqili tədbirlərdə iştirak edir.
Ənvər məktəb təhsilindən başqa müxtəlif sahələrlə məşğul olur. Valideynlərinin dəstəyi sayəsində müxtəlif vaxtlarda rəqsə, gəmiqayırma məktəbinə, konq-fu və cüdo idman növlərinə gedib. Hal-hazırda musiqi sahəsində irəliləmək üçün ancaq fikrini bu sahəyə yönəldib.
Onun uğurları bir-birinin ardınca davam edir. Hər iştirak etdiyi tədbirdən əliboş qayıtmırdı. 2016-cı ildə şer müsabiqəsində fəal iştirakına görə tərifnamə, “İnkişaf naminə” idman festivalında iştirakına görə şəhadətnamə, 2-ci “Beynəlxalq uşaq yaradıcılığı festivalı”nda iştirakına görə sertfikat, “Bakı şopenq festifalı”nda iştirakına görə diplomla təltif olunub. 2018-ci ilin aprel ayında musiqi kollekti ilə birgə Türkiyəyə səfər edib. Bu Ənvərin ilk dəfə musiqiçi kimi xarici ölkədə çıxışı idi.
Ənvər 2018-ci ilin may ayında Türkiyədə iki dəfə konsert proqramında iştirak edib. Biri gəmidə, biri də İstanbulda 'Sancaq Tepe belediyesi' təşkil olmuşdur. Ənvər İstanbulda olduğu zaman bir çox tarixi mədəniyyət abidələrini ziyarət etmişdir. O, şəhərin çox gözəl olduğunu qeyd etdi. İştirak etdikləri konsert müddətində onların qarşılanması və “Damatris palace hotel”də qonaqlanması yüksək səviyyədə olmuşdur. Müsahibimiz iştirakına görə diplom və sertifikatlara layiq görülmüşdür.
Müsahibimiz uğur-nailiyyətlərinə görə özünü müəllimləri Həsən Talıbov, Azad Hüseynova və valideynlərinə borclu hesab edir. Onların etimadını doğrultmaq üçün hər zaman daha həvəs və əzmlə çalışır.
Asudə vaxtlarında şəkil çəkməyi, musiqiyə qulaq asmağı və idmanla məşğul olmağı xoşlayır. Rəssamlıq onun kiçik yaşlarından maraq göstərdiyi sahə kimi hələ də onun fəaliyyətində öz yerini qoruyub saxlayıb.
Musiqi sahəsində təkrarolunmaz biri olaraq irəliləmək, sənətin sirlərinə vaqif olduqdan sonra müəllim olmaq istedadını gələcək nəsilə ötürmək arzusundadır. Xalq artisti fəxri adına qədər yüksəlmək onun məqsədidir. Ənvər bu fikrə musiqi məktəbində təhsil almağa başladığı gündən düşüb. Biz də Ənvərə bütün sahələrdə uğurlar arzu edirik, inanırıq ki, vətən bayrağını öz istedadı ilə həmişə yüksəklərə qaldıracaq!

Комментариев нет:

Отправить комментарий