elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 мая 2018 г.

Əmiraslanov İsmayıl Kərim oğlu


Əmiraslanov İsmayıl Kərim oğlu 22.08.2004-cu ildə Azərbaycanın əsrarəngiz guşələrindən olan Mingəçevir şəhərində dünyaya göz açıb. İsmayıl körpəlikdən istedadlı, bacarıqlı uşaq olub. O, rəqəmli oyunlar oynamağı, kompyuterlə məşğul olmağı , üzməyi çox sevib. Məktəbə gedənə qədər yazıb-oxumağı Mingəçevir şəhərində yerləşən 10 saylı bağçanın müəllimləri tərəfindən öyrənib. Ailədə isə böyük bacıları Gülnaz və Zeynəbin köməkliyi olub. İsmayıl artıq 3 yaşında olarkən bağçalararası yarışlara gedib və həmişə də qaliblər sırasında olub. İsmayıl ilk təhsilinə Mingəçevir şəhərində  yerləşən V.Ağakişiyev adına 12 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda isə Bakı şəhərində yerləşən FRİTL liseyində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Onun ən sevdiyi fənlər riyaziyyat və fizikadır.  İsmayıl təhsil aldığı ilk məktəbdə də fəal olub. Məktəbin ictimai işlərində yaxından iştirak edib. Məktəbdaxili və məktəbdənkənar tədbirlərin fəal iştirakçısıdır. O, çox vaxt tədbirlərdə aparıcı, bəzən də müxtəlif səhnəciklərdə rollar aparıb. Şahmata olan marağı onu  Mingəçevirdə yerləşən şahmat məktəbinə gətirib çıxardı. 2013-cü ildə şahmat üzrə keçirilən rayonlararası yarışda iştirak edib, üçüncülük qazanıb. Medalla təltif edilib. 5-ci sinifdən 7-ci sinfə kimi Mingəçevir şəhərində yerləşən “ Kür” və “ Hədəf” hazırlıq mərkəzlərinin müxtəlif bilik yarışlarında və sınaq imtahanlarında iştirak edərək 1-ci və 2-ci yerlərin qalibi olub. Sonuncu nailiyyəti “Kür” kursunun bu il 8-ci siniflər arasında keçirdiyi bilik yarışında olub.İsmayıl bu yarışda 2-ci yerə layiq görülüb. Müxtəlif hədiyyələrlə və fəxri fərmanla təltif edilib. 2017-ci ildə Respunlika Fənn Olimpiadasında fizika üzrə həvəsləndirici yerə layiq görülüb. 2015-ci ildə Mingəçevir şəhərində avarçəkmə üzrə yarışda birincilik qazanaraq qızıl medalla təltif olunub. Əldə etdiyi bu nailiyyətlərə görə ailəsinə, ata və anasına borcludur.  İsmayıl uşaqlıqdan səfir olmaq, ölkələr gəzmək, ölkəmizi digər ölkələrdə layiqincə təmsil etmək arzusu ilə yaşayır. Digər arzusu isə kompyuter mühəndisi olmaqdır. O, avtomatlaşdırma əsrində heç kəsdən geri qalmaq istəmir. Daim yeniləşən, dinamik inkişafda olan həyatın əsl parçası olmaq istəyir. Asudə vaxtlarında bədii kitablar oxuyub, riyazi və məntiqi məsələlər həll etməyi xoşlayır. O,  Mingəçevirdə olarkən atası ilə şəhər stdionunda futbol oynamaqdan böyük zövq alıb. Hələ körpəliyindən rəsm çəkməyə, rəngləməyə marağım böyük olub. Rənglər onun diqqətini həmişə çəkib. Ona incəsənətin bir növünü seç desələr, böyük məmnuniyyətlə rəssamlığı seçər.İsmayıl 1-ci sinifdə oxuyanda Access bankın təşkil etdiyi rəssamlıq yarışmasında üçüncülük əldə edib. Gələcək planları çoxdur. İlk növbədə Azərbaycanın qabaqcıl universitetlərinin birində təhsil almaq, sonra xarici ölkədə təhsilimi davam etdirmək, vətənimə qayıtmaq və ona layiqli övlad olmaq istəyir. Onun arzuları içində Dünya səyahətinə çıxmaq da var. O, fizika və kimya dərslərində olan təcrübələri maraqla izləyir. Gələcəkdə maşınlar üçün yeni bir motor kəşf etmək istəyir ki, ətraf mühiti az çirkləndirsin. Düşmənə qalib gəlmək üçün silah da kəşf etmək istəyir. Qəddar ermənilərin ayağını vətənindən birdəfəlik kəsmək niyyətindədir.

Комментариев нет:

Отправить комментарий