elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 сентября 2012 г.

Ağa həqiqətən ağadır (Ağa Həbib oğlu Mürsəlov)

Ağa Həbib oğlu Mürsəlov 1987-ci il dekabrın 7-də Latviya Respublikasının paytaxtı Riqa şəhərində dünyaya göz açıb. Adını babasının adına istinadən veriblər.
Ağa körpəlikdə çox çevik və cəld uşaq olub. Xoşladığı məşğuliyyət rəngli kitablara baxmaq idi.
Ağa 4 yaşında ikən artıq bütün hərfləri və uşaqlar üçün kitabları oxumağı bilirdi.
1994-cü ildə Bakı şəhəri Yasamal rayon 286 saylı orta məktəbdə ibtidai təhsilə başlayan Ağanın sevimli fənləri tarix və coğrafiya olub. Məktəbdə keçirilən bir çox fənn olimpiadalarında iştirak edib. VII, VIII, IX, X siniflərdə ingilis dili, riyaziyyat, tarix və coğrafiya fənləri üzrə məktəb birincisi olub. 2005-ci ildə Azərbaycan tarixi fənni üzrə olimpiadanın əvvəlcə məktəb üzrə, sonra isə rayon turunun qalibi olub və Yasamal Rayon Təhsil Şöbəsi tərəfindən diplomla, məktəb direktoru tərəfindən fəxri fərmanla təltif edilib.
Orta məktəbi müvəffəqiyyətlə bitirən Ağa 2005-ci ildə 576 balla Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər ixtisasına daxil olub. Ali məktəbdə də Ağanın sevimli fənləri çoxdur. Geopolitika, milli təhlükəsizlik, beynəlxalq təşkilatlar və Azərbaycanın xarici siyasəti onun sevimli fənləri sırasındadır.
Ağa həyatının hər bir gününü maraqlı və uğurlu hesab edir. Lakin ali məktəbə qəbul olduğu gün onun üçün xüsusi əhəmiyyət kəsb edir.
Asudə vaxtlarını maraqlı və səmərəli keçirməyi xoşlayan Ağa əsasən təhsillə - ingilis, rus və ispan dillərini öyrənməklə məşğul olur. İdmanın üzgüçülük və kinq-boksinq növü ilə məşğul olmağı da xoşlayır. Təbiətin qoynunda dincəlməkdən böyük zövq alır.
Hər kəs kimi Ağa da tarixin yaddaşında bir şəxsiyyət - ən əsas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin və respublikamızın ərazi bütövlüyünün bərpa olunmasında əlindən gələni əsirgəməyən bir şəxs kimi qalmağı düşünür. Ruzvelt, Franklin, Delano kimi güclü siyasətçi olmaq Ağanın ən ümdə istəkləri sırasındadır. 

Комментариев нет:

Отправить комментарий