elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 сентября 2012 г.

Cəfərov Xəqani Ramiz oğlu

 
Xəqaninin adını atası qoyub. Bu, Ramiz bəyin ən yaxın dostunun adı olub. Xəqani bütün uşaqlar kimi oyuncaqları ilə oynamağı xoşlayırdı.
Rəsm çəkməyə marağı I sinfə gedəndə üzə çıxdı. Rəsm dərsliyindəki şəkilləri yağlı boya ilə işləyərdi. Bir neçə dəfə rəsm müəllimi Xəqaninin istedadlı olduğunu və diqqət ayırmağın lazımlığını valideynlərinə bildirmişdi.
Xəqani Ramiz oğlu Cəfərov 1993-cü il aprelin 27-də Bakı şəhərində anadan olub. 2000-ci ildə 245 saylı orta məktəbə qədəm qoyub. III-IV sinifləri 58 saylı orta məktəbdə oxuyub. 2004-cü ildən isə təhsilini Heydər Əliyev adına liseydə davam etdirir. Təhsildən əlavə məktəbdəki idman yarışlarında yaxından iştirak edir. Məktəbi bir çox yarışlarda təmsil edib. Hər il ingilis dilindən olimpiadalarda iştirak edib və yerlər tutub.
Xəqani: “ - Dərslərimi əla oxuyuram, ən sevdiyim fənn coğrafiya, riyaziyyat və Azərbaycan dilidir. Məktəb tədbirlərində aparıcı olmuşam. Həyatımın ən maraqlı günlərindən biri ilk dəfə diplom almağımdır. Məndən “Narkomaniya əleyhinə mübarizə” adı altında şəkil çəkməyimi xahiş etdilər. Çəkdim və onu sərgiyə qoydum. Amma mənim xəbərim yox idi ki, bu yarışmadı. Bir neçə gündən sonra məni çağırdılar və yer tutduğumu dedilər. Diplom və hədiyyə verdilər. Hər il mərhum prezidentimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş rəsm yarışlarında məktəbimiz adından iştirak edirəm. İlk diplomumu 2005-ci il dekabırın 12-də, sonra 2007-ci il mayında, sonuncu isə 2010-cu ilin mart ayında almışam. 2009-cu ildə “Səmada bir ulduz olaq” adlı kitabda mənim barədə məlumat verilmişdir.
Bu sahədə uğur qazanmağımda əlbəttə ki, birinci növbədə valideynlərimə borcluyam. Mənə rəssamlığın sirlərini öyrədən müəllimim Hicran İbrahimovanın da zəhməti böyükdür.
Rəssamlıqla məşğul olmağıma baxmayaraq, unversitetə də hazırlaşıram. Gələcəkdə təhsilimi Turizm Universitetində davam etdirmək istəyirəm. Cünki Azərbaycan hazırda inkişaf edir, bu da turizmin inkişafına səbəb olacaq.
Asudə vaxtlarımda həvəskar idmanla məşğul oluram, internetlə xaricdəki dostlarımla danışıram və maraqlı məlumatlar toplayıram. Əsasən fantastik əsərlərə marağım çoxdur. Xoşbəxtliyi ailəmlə birgə keçirdiyim günlərdə görürəm”.
e-mail: wwwtedbol1992@inbox.ru

Комментариев нет:

Отправить комментарий