elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 октября 2016 г.

Cəfərzadə Leyla Əjdər qızı

Cəfərzadə Leyla Əjdər qızı 17 iyul 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Leyla körpəlikdən ağıllı, sakit, aktiv uşaq olub. Gimnastika və rəsmlə məşğul olmağı çox sevir. Leylanın rəsmə olan marağı 5 yaşında yaranıb. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Hazırda Tahir Həsənov adına 23 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər təsviri incəsənət, ingilis dili və ana dilidir. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Asudə vaxtlarında musiqiyə qulaq asır, kitab oxuyur.
“Mənim rəngli paltarım” uşaq bədii yaradıcılıq sərgisində Leylanın da çəkdiyi rəsmlər yer almışdır. Çəkdiyi rəsmlərin xarici ölkərdə sərgisini təşkil etmək istəyir. Qazandığı nailiyyətlərə görə özünü valideynlərinə və müəllimlərinə borclu bilir.
Orta məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olmaq ən böyük məqsədidir. Gələcəkdə savadlı pediatr olmaq arzusundadır.

Biz də redaksiyamız adından Leylaya uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий