elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 октября 2016 г.

Səfiyeva Sevil Cabir qızı

Səfiyeva Sevil Cabir qızı 18 iyul 2003-cü ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olub. Anasının dediyinə görə, Sevil uşaqlıqda bəzən dəcəl, bəzən də sakit olub. Su ilə oynamağı xoşlayardı. Yayda dənizdə çimməyi sevir. Məktəbdə idman dərsində dama oynamaqdan zövq alır. İdmana böyük önəm verir. Gələcəkdə üzgüçülüklə də məşğul olmaq arzusundadır. Ancaq ən böyük məşğuliyyəti rəsm çəkməkdir. Ən çox gecələr rəsm çəkməyi sevir. Sevil məktəbə gədər yazıb-oxumağı bacarırdı. Evdə onunla anası və nənəsi məşğul olub. Sevildə şəkil çəkməyə həvəs 6 yaşında yaranıb. Anası hiss edir ki, övladı bu işə böyük həvəs göstərir. Uşağın istedadını üzə çıxarmaq ücün 2015-ci ildə qızını Hövsan qəsəbəsində yerləşən mədəniyyət sarayında rəsm dərnəyinə yazdırır. Orada çox savadlı və gənc Gilan müəllimənin sinfində oxuyur. Anası hiss edir ki, müəllim seçimində yanılmayıb. Sevil “Qönçələrin çiçək dünyası” sərgisində iştirak edib. Birinci dərəcəli diplom və hədiyyələrə layiq görülüb. Ondan sonra “20 Yanvar” adlı sərgidə iştirak edib. Əldə etdiyi nailiyyətlərə görə Gilan müəllimə təşəkkür edir və özünü ona borclu bilir. Əlbəttə ki, bu yolda onunla birgə əziyyət çəkən anasına da minnətdarlığını bildirir. O, peşəkar rəssam olmaq istəyir və bunu qarsına məqsəd qoyub.
Sevil birinci sinfə Hövsan qəsəbəsində yerləşən 76 saylı tam orta məktəbdə gedib. Hazırda həmin qəsəbədəki 281 saylı tam orta məktəbdə oxuyur. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənlər təsviri incəsənət və rus dilidir.
Asudə vaxtlarında şəkil çəkməyi xoşlayır. Sevil ancaq rəsmlə məşğul olmaq istəyir. Ən çox heyvanların şəkilini çəkməyi xoşlayır. O, rəssam olanda müxtəlif sərgilərdə iştirak edərək sənətini davam etdirmək istəyir.
İstedadı ilə bağlı 01 may 2016-cı ildə Azərbaycan televiziyzsında səhər musiqili informasiya proqramında müəllimi ilə birgə çıxış edib. O inanır ki, tarixdə qalmaq üçün öz sənətinə həvəslə yanaşmaq lazımdır.


Комментариев нет:

Отправить комментарий