elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 октября 2016 г.

Əsədzadə Jalə Vüqar qızı

Əsədzadə Jalə Vüqar qızı 17 sentyabr 2005-ci ildə Bakı şəhərində anadan olub. Jalə körpə vaxtından diqqət sevən, hər şeylə maraqlanan, çoxlu sual verən, bir qədər də ərköyün olmuşdur. Təbiəti, yaşıllığı çox sevir, ağacların yarpaqlarından mozaika düzəldirdi. Bəzən təbiətdə rast gəldiyi müxtəlif xırda ağac budaqlarını və daşları toplayırdı. Artıq 5 yaşında bütün hərfləri tanıyır, yazır və oxuyurdu. İlk müəllimi babası olmuşdur. Jalə çoxlu sayda uşaq şeirləri əzbərləyir və onları xüsusi intonasiya ilə söyləyirdi. Özündən müxtəlif tapmacalar düzüb qoşurdu. Həmişə babasından yeni nağıllar danışmasını tələb edirdi. Jalənin babasının rəsm çəkmək qabiliyyəti var. Jalə babasının çəkdiyi rəsmlərə baxar və onların eynisini çəkməyə çalışardı. Bu, onda yaxşı alındığından valideynlərini onda xüsusi həvəs yaratdılar.
Jalə hazırda H. Hüseynov adına 83 №-li məktəb liseydə təhsil alır. Bütün fənləri böyük həvəslə oxuyur və hamısından əla qiymətlər alır. Ən çox sevdiyi fənlər isə ingilis dili, təsviri incəsənət və tarixdir. Məktəbdə keçirilən əksər tədbirlərdə fəal iştirakı ilə fərqlənir. Həyatında ən maraqlı gün Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil edilmiş rəsm müsabiqəsində qalib olduğu, Azərbaycan telekanalına dəvət olunduğu və orada çıxış etdiyi günü hesab edir.
2012-ci ildə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergi uşaqların gözü ilə 10-cu yaradıcılıq müsabiqəsində iştirakına görə sertifikatla, 10-cu “Toyota arzuların maşını” rəsm müsabiqəsində iştirakına görə diplomla, 2013-cü ildə təsviri, tətbiqi sənət sahəsində qazandığı uğurlara görə diplomla, “Əlvida, payız” sərgisində iştirakına görə diplomla, Beynəlxalq Sülh Günü münasibəti ilə ombudsmanın təşəbbüsü ilə keçirilmiş “Sülh və tolerantlıq nümunəsi Azərbaycan” mövzusunda uşaq rəsm müsabiqəsində iştirakına görə sertifikatla, 2014-cü ildə Azərbaycanda qan donorluğunun inkişafına dair rəsm müsabiqəsində iştirakına görə sertifikatla, 2016-cı ildə Uşaq və yeniyetmələrin 4-cü “Saf rənglər” beynəlxalq rəsm yaradıcılıq festivalında qazandığı yaradıcılıq uğurlarına görə diplomla, “Mənim düşüncəm” adlı uşaq rəsm sərgi-müsabiqəsinin yekun sərgisində I yer tutduğuna görə diplomla, “Mənim rəsmim” müsabiqəsində fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub. Əldə etdiyi nailiyyətlərə görə özünü valideynlərinə və babasına borclu bilir. Gələcək fəaliyyətində babasına oxşamaq istəyir. Rəssam-dizayner olmağı qarşısına məqsəd qoyub. Ən böyük arzusu gələcəkdə fərdi sərgisinin təşkil edilməsidir.
Asudə vaxtlarında rəsm çəkməyi, təbiət qoynunda olmağı xoşlayır. Rəssamlıqda xüsusi ilə təbiət mənzərələrinin təsvirinə üstünlük verir. Tez-tez rəsm müsabiqələrində iştirak etmək və bu sənət üzrə ali təhsil almaq gələcək planlarının əsasını təşki edir.

2016-cı ildə Silahlı Qüvvələr Günündə Azərbaycan televiziyasının “Səhər” verilişində iştirak edib. 

Комментариев нет:

Отправить комментарий