Qayıbova Fatimə Səyyad qızı 7 oktyabr 2006-cı ildə Bakı şəhərində
dünyaya göz açmışdır. Körpəlikdən ağıllı, sakit uşaq olub. Məktəbə gedənə qədər
yazıb-oxumağı öyrənmişdir. 5 yaşından artıq məktəbə, elmə marağı olub, nağıları
çox sevib.
İlk təhsilini 203 №-li orta məktəbdə alıb. Dərslərini əla qiymətlərlə
oxuyur. Ən çox Azərbaycan dili, riyaziyyat, informatika və həyat bilgisi fənlərini
sevir. Məktəbdə təşkil edilən tədbirlərdə fəal iştirak edir. Fəxri fərmanla təltif
olunub. Əldə etdiyi nailiyyətlərə görə özünü anasına və müəlliminə borclu
bilir. Anasına və müəlliminə oxşamaq istəyir. Dərslərini əla qiymətlərlə oxuyub
istəklərinə nail olmağa çalışır. Gələcəkdə hakim olmaq arsusundadır. Bu peşəyə
yiyələnərək anasına dəstək olmaq istəyir, çünki anasının ondan başqa heç kimi
yoxdur.
Asudə vaxtlarında kitab oxumağı, rəqslə məşğul olmağı xoşlayır.
Gələcəyin hakiminə uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий