elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 октября 2016 г.

Nərimanov Yusif İmran oğlu

Nərimanov Yusif İmran oğlu 01 oktyabr 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Yusif körpəlikdən çox sakit uşaq olub. Lap körpə yaşlarından düşündürücü oyunlarla maraqlanıb. Artıq 2 yaşında nağıllar danışır, şeirləri əzbər söyləyirdi. Saatlarla konstruktorlarla, məntiqi oyunlar oynamaqdan yorulmazdı. Bu maraqlarını görən Sadıq babası onunla çox məşğul olurdu. 3 yaşında əlifbanı, rəqəmləri artıq bilirdi. Məktəbə gedənə qədər oxuyur, sadə riyazi məsələləri həll edə bilirdi.
2005-ci ildə Sabunçu rayonunu 71 №-li orta məktəbin I sinfinə daxil olub. 2011- ci ildə imtahan verərək Səbail rayon 6 №-li məktəb-liseyə daxil olub və 2016-cı ildə əla qiymətlərə bu məktəbin məzunu olub. Bütün dərsləri böyük həvəslə oxuyub. Babası Sadıq Quliyev tarix və coğrafiya müəllimi olduğundan Yusifə böyük həvəslə dünya tarixi və coğrafiyasını öyrədib. Kimya və fizika fənlərinin dərinliyini öyrənmək ona daha maraqlı gəlirdi. 4 yaşından ingilis dili ilə məşğul olmağa başlayıb. Xarici dillərə marağının erkən yaşlarında yaranmasında xaricdə yaşayan dayısının rolu böyük olmuşdur. Dayısı Əhməd hər gələndə əgər dilləri gözəl bilərsə, onun dünyanın ən öndə gedən universitetlərində oxumasına dəstək olacağını söyləyirdi. Dayısının faciəli şəkildə həlak olması Yusifi daha da təsirləndirdi və xaricdə təhsil almağı, müxtəlif dilləri öyrənməyi qarşısına məqsəd qoydu. O, təkcə xarici dilləri yox, bütün fənləri maraqla öyrənirdi. Tarix, coğrafiya, xüsusən də Azərbaycan tarixini həvəslə öyrənirdi. Dünya siyasətini araşdırır, onunla dərindən maraqlanırdı. Tarixi əsərlər oxumağı xoşlayırdı. Ümumiyyətlə, heç bir fənn arasında fərq qoymurdu. İxtisas seçimi vaxtı yaxınlaşanda ölkəmizə daha çox hansı sahədə yararlı kadr ola bilər deyə çox düşünürdü. Kimya və fizika mühəndisi olmaq qərarına gəldi. Hansı ölkədə təhsil alacağını düşünərkən qarşısına Reyhan xanım Hüseynovanın və Bela xanım Cəlilovanın rəhbərlik etdiyi UFC kursu çıxdı. Bu kursla tanış olmaq və orada oxumaq Yusifin həyatının ən gözəl dönüş nöqtəsi oldu. UFC kurslarında Yusif fransız dilini mükəmməl öyrəndi və müxtəlif səviyyələrdə diplomlar alaraq Fransanın Nitsa şəhərində Sofiya Antipolis universitetinə daxil oldu. Bununla yanaşı Azərbaycan Dövlət Neft və Sənaye universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil oldu.
Bir çox diplom və sertifikatla təltif olunub: “Amerikan Akademi” kurslarında ingilis dilindən 2012-ci ildə “Pre-İntermediate” və “İntermediate”, 2014-cü ildə isə “Uper-İntermediate” səviyyələri ilə təltif olunub. Daha sonra Reyhan xanım Hüseynovanın və Bela xanım Cəlilovanın rəhbərlik etdiyi UFC kurslarında oxuduğu müddətdə fransız dili üzrə 2015-ci ildə “DELF” imtahanlarından “A2” və “B1” , 2016-cı ildə isə “B2” səviyyələrini qazanıb. Səbail rayonu 6 №-li məktəb-liseydə məktəbdaxili “Xəmsə” intelektual oynunda komanda tərkibində iştirak edərək I yerə çıxmış və bu münasibətlə diplomla təltif olunumuşdur. Bütün bu nailiyyətlərinə görə valideynlərinə, müəllimlərinə, xüsusilə UFC kursunun direktoru Reyhan xanım Hüseynovaya, təhsil aldığı məktəbin direktoru Gülşən xanım Orucovaya və babası Sadıq Quliyevə borclu olduğunu deyir.
Yusifin uşaqlıq arzularından biri də “Nobel” mükafatı laureatı olmaqdır. Çalışır ki, ixtisası üzrə akademik səviyyəsinə qədər yüksəlsin və Azərbaycanın “Nobel” mükafatı alan ilk alimi olsun.

Asudə vaxtlarını səmərəli keçirməyə hər zaman üstünlük verir. Bəzən qardaşı ilə şahmat oynayır. Dedektiv və tarixi janrlarda bədii əsərlər mütaliə etməyi çox sevir.

1 комментарий: