elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 октября 2016 г.

Nəbiyeva Fidan Vidadi qızı

 
 
 
Nəbiyeva Fidan Vidadi qızı 24 aprel 2005-ci ildə Bakı şəhərində anadan olub. Fidan körpəlikdə sakit və şən uşaq olub. Gəlinciklərlə oynamağı sevməzdi. Onları bir kənara atıb həmişə qardaşı İlkinin oyuncaq maşınları ilə oynayardı. Daim öz “bəstələri”ni zümzümə edərdi. Eyni zamanda plastlinlə oynamağı, şəkil çəkməyi xoşlayırdı. Ən çox sevdiyi məşğuliyyət isə böyükləri sorğu-suala tutmaq idi. Verdiyi sualların hamısına dolğun cavablar istəyirdi. Suallardan yayınmağa və yorulmağa heç kimin “ixtiyarı” yox idi. Çünki Fidan onu maraqlandıran cavabları almayana qədər “sual yağışını” davam etdirirdi. 4-5 yaşlarında Fidanın musiqiyə olan marağı özünü büruzə verməyə başladı. Televiziya kanallarında klassik musiqi sədaları eşidən kimi diqqəti oraya yönlənir, böyük maraq və heyranlıqla dinləyirdi. Fidan 23 №-li tam orta məktəbdə təhsil alır. 7 yaşında öz təkidi ilə musiqi məktəbinin fortepiano sinfinə yazıldı. Hazırda R. Behbudov adına 2 №-li Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə V sinifdə təhsil alır. Həvəslə çalışır, respublika müsabiqəsində iştirak etməyə hazırlaşır.
Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı, bunu ona nənəsi və anası öyrətmişdirlər. Məktəbdə fəal uşaqlardan biridir. Dərslərini əla qiymətlərə oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat, fizika və ingilis dilidir. Məktəbə getdiyi ilk gündən etibarən çalışqanlığı, savadı ilə müəllimlərin sevimlisinə çevrilmişdir.
Məktəbdə keçirilən bir-neçə tədbirdə iştirak edib. “Arı və Xanım” səhnəciyində, Novruz bayramında çıxış edib. Rəqs dərnəklərinin təşkil etdikləri konsertlərdə də fəal iştirak edib. Musuqi məktəbində də əlaçılar sırasındadır. Məktəbdə hər il “Etüd” yarışı təşkil olunur. Bu yarışlarda Fidan həmişə I yer qazanır. Bayram münasibəti ilə təşkil olunan konsert proqramlarında da ifaçılar sırasında olur. Həm azərbaycanlı müəlliflərin, həm də dünya klassiklərinin əsərlərini ifa edir. II sinifdə oxuyarkən xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxış edib. Bu konsert Heydər Əliyevin 91 iliyinə həsr olunmuşdur. IV sinifdə oxuyarkən xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə Dövlət Filarmoniyasında konsert proqramının iştirakçısı olub. Konsert SSRİ xalq artisti R. Behbudovun 100 iliyinə həsr olunmuşdur. 2014-cü və 2016-cı ildə musiqi məktəbinin yubileylərlə əlaqədar təşkil etdiyi konsertlər müxtəlif telekanalların xəbərlər proqramlarında işıqlandırılıb.
Fidan deyir ki, yarışları və müxtəlif tədbirləri çox sevir. Həmin günlər həyacanlı olur. Uduzmağı xoşlamır. Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimləri Fatimə xanıma, Firuzə xanıma, Sevda xanıma, Tofiq müəllimə minnətdardır.
Asudə vaxtlarında bədii əsərlər oxuyur, şəkil çəkir. Ən çox fantastik janrda olan əsərləri sevir.
Gələcəkdə musiqiçi və yaxud həkim olacağını deyir. Hansı sahəyə getməsindən asılı olmayaraq səylə çalışacağına söz verir və ən yüksək nəticələr göstərəcəyinə inanır. Mütləq xaricdə təhsil alacağını bildirir. Əmindir ki, tibb sahəsinə getsə, mütləq yeni bir ixtirası ilə adını tarixin yaddaşına həkk edəcək.

Biz də Fidanın məqsədlərinə nail olacağına inanırıq. Uğurların daha bol, yolun hər zaman işıqlı olsun, Fidan.

Комментариев нет:

Отправить комментарий