elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 октября 2016 г.

Hacıyev Ayxan Elxan oğlu


Hacıyev Ayxan Elxan oğlu 25 iyul 2005-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. İlk təhsilini 258 №-li məktəbdə almışdır. Hazırda isə 320 №-li tam orta məktəbdə təhsil alır. Ayxanın məşğuliyyət sahələri olduqca genişdir. Hələ uşaq yaşlarından idmana – futbola, voleybola maraq göstərir, üzgüçülük, gimnastika, şahmat və rəqslə məşğul olur. Rəqs onun ən sevdiyi sahədir və olduqca istedadlı bir rəqqasdır. O, ilk dəfə “Əlifba” bayramında rəqs etmək üçün müəllimi tərəfindən keçirilən məşqlər zamanı özündə rəqsə olan marağı və istedadını aşkarlamışdır. İlk dəfə səhnədə iştirakı da elə “Əlifba” bayramında olmuşdur. Tədbirdə səhnələşdirilmiş “Qoğal” nağılında canavar obrazını canlandırmış və hamının alqışını qazana bilmişdir. Ayxan ilk dəfə məktəbə getdiyi günü həyatının ən unudulmaz günü kimi dəyərləndirir. O, həmin günü gələcək uğurlarının başlanğıc nöqtəsi kimi qiymətləndirir.
Məşğuliyyətlərinin çox olmasına baxmayaraq qəhrəmanımız dərslərindən də geri qalmır. O, məktəbdə orta səviyyədə oxuyur və daha yaxşı oxumağa çalışır. Gələcəkdə seçəcəyi peşədən asılı olmayaraq öz ixtisası üzrə savadlı kadr kimi formalaşmaq niyyətindədir. Ayxan böyüyəndə qanun keşikçisi - polis olan babasına bənzəmək, onun kimi millətinə xidmət göstərən bir peşə sahibi olmaq arzusundadır.

Biz də gələcəyin polisinə uğurlar arzu edirik. 

Комментариев нет:

Отправить комментарий