elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 апреля 2018 г.

Abbasova Zəhra Azad qızı


Abbasova Zəhra Azad qızı 2 oktyabr 2009-cu ildə Bakı şəhərində anadan olub.  Zəhra körpəlikdən ağıllı, aktiv, hazırcavab, sözü üzədeyən bir uşaq olub. Fərdi xüsusiyyətlərinə görə ailəsi tərəfindən daim sevilib, seçilən övladdır. Zəhra hər hansı bir səhvə yol verdiyi zaman, öz səhvini dərk etdikdə, onu tez bir zamanda düzəltməyə çalışır. Onun sevimli məşğuliyyətləri təbiəti seyr etmək, yeni, müxtəlif bitkilər ilə tanış olmaq, dərslərini hazırlamaq və rəsm çəkməkdir. Zəhra zamanının böyük bir qismini maraqlı əl işləri düzəltməyə, şeir və nağıllar yazmağa həsr edir. Səyahət etməyi, ətraf mühitdə baş verən dəyişiklikləri müşahidə etməyi çox sevir. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı anasının və bacısının köməkliyi ilə öyrənib. Zəhranın istedadı valideynləri tərəfindən 4 yaşından müşahidə olunub.  Onun gimnastikaya böyük həvəsi olub. Zəhranın gözəl şəkillər çəkmək, maraqlı əl işləri hazırlamaq kimi qabiliyyətləri atası tərəfindən keçib. Abbasova Zəhra Binəqədi rayonu 182 saylı tam orta məktəbdə təhsil alır. Zəhra dərslərini əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri Azərbaycan dili, təsviri incəsənət, fiziki tərbiyə və həyat bilgisidir. Zəhra siniflərində keçirilən Həyat bilgisinə aid tədbirdə fəal iştirak nümayiş etdirib. Əldə etdiyi uğur və nailliyyətlər görə valideynlərinə və Mehriban müəlliminə borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı məlliminə oxşamaq istəyir. Zəhra gələcəkdə rəsm əsərləri və maraqlı əl işləri ilə adından hər yerdə söz etdirməyi bacaran bir şəxsiyyət olaraq yetişmək istəyir. O, böyüyəndə işinin peşəkarı olan vəkil və ya hakim olmaq arzusundadır.  Asudə vaxtlarında rəsm çəklməyə, kitab oxumağa, şeir yazmağa üstünlük verir. Zəhranın atası onun və bacısının ən böyük dəsdəkçisidir. O, yazdığı şeirlərində Vətən, çəkdiyi rəsm əsərlərin də isə təbiət, heyvanat aləminə aid mövzulara  daha çox üstünülük verir. Zəhra bilik və bacarıqları ilə ailəsinə, Vətəninə layiqli övlad olmaq niyyətindədir.

Комментариев нет:

Отправить комментарий