elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 апреля 2018 г.

Novruzov Faiq Fəhrad oğlu

Novruzov Faiq Fəhrad oğlu 21 iyul 2001-ci ildə Russiya Federasiyasının Tumen vilayətində anadan olub. Faiq uşaqlıqda çox fəal olub. Faiq bağcaya gedərkən teşkil olunmuş olimpiyadlarda komanda kapitanı kimi çıxışlarda iştirakçı olaraq I yeri qazanmışdır. Uşaqlıq və məktəb illərində dərslərinə böyük diqqət yetirmiş dərs əlaçısı olduğu üçün məkdəbəqədər hazırlıqdan onu gimnaziyaya qəbul etmişdilər. Bununla yanaşı onu idman növlərindən ən çox futbol oyunu maraqlandırır və çoxlu sayda diplom və medallarla mükafatlandırılmışdır. Faiq məktəbyaşına çatmamış oxumağa böyük maraq göstərmiş və məktəbə gedən dövürdə sərbəst oxumağı bacarırdı. Oxumağa böyük marağı olduğu üçün ailədə bacı və qardaşından hərfləri öyrənərək özu sərbəst oxumağı öyənmişdir. İstedadli bir şagird kimi yetişmesinə böyük səbəbkar məhz özü olmuş və elmin bütün dərinliklərini öyrənməyə səy göstərmişdir.
Tumendə 1 nömrəli məktəbin gimnaziyasının I sinifinə daxil olaraq IV sinifinə qədər orada təhsil almışdır. Hal-hazırda Bakı şəhəri Nəsimi rayonu Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbin X  sinifində təhsil alır.
Dəslərin hər birinə böyük maraq göstərir və bütün fənlərdən əla qiymətlər alır.   Sinfin əlaçi şagirdidir. Faiqin bütün fənlərə marağı böyükdür.  Təşkil olunmuş bütün tədbirlərdə fəal iştirak edir. İştirak etdiyi tədbirlərdə qazandığı uğurlar onun üçün həmişə dəyərli və maraqli anlar olub. Əldə etdiyi uğurlara görə öz bilik, bacarığına, dünyagörüşünə görə yaşayıb boy atdığı Vətənimiz Azərbaycana və onun ideal insanlarına minnətdardır.
Faiq məktəb dövründən başlayaraq bilik və bacarıqlarımı artırıb, ziyali və dövlətimiz üçün layiqli bir şəxsiyyət kimi yetişməyə böyük səy göstərir. Asudə vaxtlarında idmanla məşğul olur və çoxlu kitablar oxuyur. Gələcəkdə savadlı mütəxəssiz olub, xalqımız üçün yararlı bir şəxsiyyət kimi yetişərək, uğurlu addımlar ataraq bol bol uğurlar qazandirmaq arzusundadır.  Bizdə müsahibimizə yolun açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

Комментариев нет:

Отправить комментарий