elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 апреля 2018 г.

Salahova Şəfəq Taleh qızı

Salahova Şəfəq Taleh qızı 10 oktyabr 2009-cu ildə Bakı şəhərində bir payız günündə dünyaya göz açmışdır. Körpəlikdən Şəfəq şıltaq, eyni zamanda çox ağıllı bir uşaq olmuşdur. O kitab oxumağı, rəsm çəkməyi, oyunlar oynamağı sevir. Valideynlərinin məlumatlarına görə Şəfəq artıq 2 yaşından yazıb-oxumağı bilirdi. Bunu  ona anası Lamiyə xanım  aşılamışdır. Şəfəqdə rəqsə maraq 2 yaşında yaranıb. Bu marağı anası yaratmışdır.  
Balaca qəhrəmanımız hal-hazırda 14 saylı tam orta məktəbin 3-cü sinfində  təhsil alır. Dərslərini əla oxuyur. Bütün fənləri sevir, çünki bu fənlərin hamısının təhsil üçün əhəmiyyətini tam dərk edir. Müəllimləri Şəfəqin bütün hallarda onların inamını doğruldacağını yaxşı bilirlər. Ona görə də hər bir fəaliyyətdə ilk səslənən adlardan biri də onun adı olur. Məktəbdə keçirilən və məktəbdənkənar bir çox tədbirlərdə fəal iştirak edir. Orada müxtəlif şerlər, bayatılar səsləndirir. Şəfəqin uğurları yalnız sözdə deyil, rəsmi şəkildə də diplom və təltifnamələrdə əks olunub. Şəfəqin həyatında ən uğurlu gün ''Pillə'' kursunda təşkil olunan sınaq imtahanında 1-ci yerə yüksəldiyi gündür. O, 1-ci sinifdə sinif yoldaşları arasında fərqləndiyi üçün   tərifnamə, ''Pillə'' kursunda təşkil olunan sınaq imtahanında  1-ci yerə layiq görüldüyü  üçün tərifnamə, ''Alfa''kursunda təşkil olunan sınaq imtahanında 440 bal topladığı üçün təltifnamə, təhsil aldığı məktəbdə 3-cü və 4-cü siniflər üzrə keçirilən olimpiadada 1-ci yerin qalibi olduğu üçün diplom təqdim edilib.
Şəfəq asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi, oyun oynamağı sevir. Rəsmə olan marağını gələcəkdə professional sahəyə çevirmək arzusundadır.
O, bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə özünü müəlliməsi Təranə xanıma, həmçinin onun hər sahədə irəliləməsi üçün çalışan valideynlərinə borclu hesab edir. Müsahibimiz gələcək fəaliyyətində atasına bənzəmək, onun kimi uğurlara imza atmaq istəyir.
Müsahibimiz gələcəkdə müəllimlik sənətinin sahibi olmaq istəyir. 1-ci sinifə qəbul olandan bu fikri qətiləşdirib, özü üçün məqsədə çevirib. Çünki müəllimlik uca və şərəfli bir sənətdir. Gələcəkdə orta məktəbi əla qiymətlərlə bitirib arzusunda olduğu ali məktəbə qəbul olmaq istəyir. Əldə etdiyi elm və biliklərlə xalqına müvafiq sahələrdə xidmət etməklə tarixin yaddaşında qalmaq üçün çalışır. Bir yolda addımlayarkən ən yüksək zirvəni hədəf tutmaq onun əsas fərqidir. Biz də müsahibimizə bütün sahələrdə uğurlar arzu edirik!

Комментариев нет:

Отправить комментарий