elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 апреля 2018 г.

Əhmədli Ayxan Ceyhun oğlu

Əhmədli Ayxan Ceyhun oğlu 4 oktyabr 2010-cu ildə payız fəslində Ağstafa şəhərində dünyaya göz açıb. Körpəlikdə sakit uşaq olub. Maraqlı vərdişlərə sahib olub. Onun maraq sahələrinin müəyyən qismi bütün uşaqlarla bənzəsə də, əksəri bütövlüklə fərqlənirdi. Hər şeyi vaxtından tez öyrənməyə çalışması və məlumatları qısa vaxt ərzində mənimsəməsi onun parlak zəkasının olacağına bir işarət verirdi. Verdiyi suallar bütün uşaqların verdiyi suallar tipdə olmayıb, valideynlərini həmişə təəcübləndirirdi. Onu buna görə həmişə atası Ceyhun Əhmədova bənzədirdilər. Əksər uşaqların kiçik yaşda həvəsləri müxtəlif oyuncaqlara, televizorda müxtəlif animasiyalara baxmaq olsa da, Ayxanın həvəsi kitablara idi. Valideynlərinin onun üçün aldığı nağıl kitablarını dinləməyi çox sevərdi. Anası Rəsmiyyə xanımın sayəsində qısa bir vaxt ərzində bu kitabları özü oxumağa başlamışdı.
Ayxan bağçaya getdiyi müddət ərzində kollektiv içində həmişə seçilməyə çalışırdı. AAAF parkın “Zirvə” bağçasında müxtəlif şənliklərdə iştirak edir, müxtəlif nağıl qəhrəmanlarını canlandırır, personajlarda çıxış edir, şeir deyirdi. Məktəbə getməmişdən öncə yazıb-oxumağı məktəbəqədər təhsil müəssisəsində mənimsəmişdi. Əlbəttə valideynlərinin də bu sahədə Ayxana təsirdə rolu danılmazdır.
Onun idman sahəsində marağı 4 yaşından hiss olunmağa başlayıb. Bu marağın yaranması səbəbsiz deyildi. Atası onu bu sahəyə həvəsləndirmişdi. Qısa vaxt ərzində “Zirvə idman klubu”nda öyrəndiklərini yarışlarda da tətbiq etməyə başladı. Kiçikyaşlılar arasında “Zirvə idman klubu”nda cüdo  üzrə keçirilən yarışda 2-ci yerə layiq görülüb, təltif olunmuşdur.
Ayxan hazırda Bakı şəhəri Binəqədi rayonu 182 saylı məktəbin Xəyalə Hüseynova rəhbərlik etdiyi 1-g sinfində təhsil alır. Dərslərini yaxşı oxuyur. Bütün fənlərdən əla qiymət alır. Ayxanın şəkli məktəbin “Şərəf lövhəsi”ində yerləşdirilmişdir. Ən sevdiyi fənn elmlərin şahı olan, müasir dövrün əsas hərəkətverici qüvvəsinə çevrilmiş riyaziyyat, xarici dil və informatikadır. Ayxan kiçik yaşda olmasına baxmayaraq, məktəbin ictimai həyatında da fəal iştirak etməyə çalışır. Xocalı soyqrımına həsr olunmuş tədbirdə iştirak edir.
Ayxanın əsas məşğuliyyəti boş vaxtlarında yeni cüdo fəndlərini öyrənməyə çalışmasıdır. Eyni zamanda boş vaxtlarını babası və nənəsi ilə keçirməyi sevir.
Ayxan ali təhsil alıb, vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə getmək, hərbi xidməti başa vurduqdan sonra isə çalışıb valideynlərinə və vətənə olan mənəvi borcunu qaytarmaq istəyir. O, gələcəyin hüquq müdafiəçisi olmaq arzusundadır. Onda bu fikir məktəbə getdiyi vaxtdan formalaşmağa başlayıb. Ona doğru yolu hədəfləməyə köməklik göstərən valideynləri və müəllimlərinə özünü borclu hesab edir. Balaca qəhrəmanımıza gələcək planlarında da uğurlar arzu edirik!

Комментариев нет:

Отправить комментарий