elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

7 апреля 2018 г.

Abdullayev Süleyman Abbas oğlu

 
 
Abdullayev Süleyman Abbas oğlu 20 iyul 2010-cu ildə Bakı şəhə­rində anadan olub. Süleyman körpəlikdə dəcəl, istəklərini bildirən, maraqlarını göstərən uşaq olub. Müxtəlif leqolardan evlər, yazmağı, pozmağı, şəkil çəkməyi, robotlar və digər əşyalar düzəltməyi çox sevib. Məktəbə gedənə qə­dər 4 yaşından yazıb-oxumağı babasının köməyilə öyrənib. Onun üzərində məktəbəqədər təhsil aldığı 303 saylı bağçanın tərbiyəçi müəllimi Sənəm xa­nımın rolu danılmazdır. 5 ya­şında məktəbəqədər təhsil al­dığı Nərimanov rayonu B. Sol­tanov adına 34 saylı mək­təbin ibtidai sinif müəllimi Natavan Abdullayevanın kö­məyilə bilik və bacarığını daha da mükəmməlləşdirib. Məktəb­dən əlavə olaraq babası daim onun təhsili ilə maraqlanır və üzərində çalışır. Süleyman 9 ayında danışıb, 1 yaşından gəzməyə başlayıb. Söz ehtiyatlarının çox olması üçün babası ilə anası ona Azərbaycan nağıllarını və laylalarından çoxlu nümunlər oxu­yublar. O, 2 yaşında bağçaya gedəndə bütün nağılları bilir və sərbəst danışırdı, bəzən özündən şeirlər belə qoşurdu.
Süleyman 3 yaşı olanda rəsmə getmək istəyini bildirib və Tofiq İsmayılov adına Uşaq və Yeniyetmələrin Yaradıcılıq Sarayının təsviri sənət qalereyasında təsviri incəsənət dərnəyinə yazılıb. Oyuncaq traktorlarını, dinozavrları, maşınları eynən bənzədib çəkməyi bacarıb. O, 4 yaşında artıq sərbəst rus dilində danışa bilib. Bununla yanaşı üzgüçülüklə də məşğul olub.
Süleyman evdə cizgi filmlərinə baxmaqla rus dilini öyrənib. Bununla yanaşı hesablamağı, hərfləri tanıyıb və sərbəst olaraq yazıb. Süleyman 5 yaşında ARTLİFE rəsm dərnəyində Şahnaz Ağa­ye­vanın rəhbərliyi ilə keçirilən usta-dərslərinə qoşulub və çəkdiyi şəkillər dünyanın müxtəlif yerlərində təşkil edilmiş uşaq rəsm sərgilərinə göndərilib. 2016-cı ildə Bolqarıstanın Nova Zagora və Belorusiyanın “На Своей зямле” diplomlarına layiq görülüb.
O, 6 yaşında şahmat məktəbində şahmat oynamağı öyrənib. Təhsil Nazirliyinin pilot layihələrindən olan American Academinin təşkil etdiyi ingilis dili kurslarında iştirak edib və tərifnamə ilə təltif olunub. Taekvondo idman növü üzrə sarı kəmər əldə edib.
Süleyman 2016-cı ildə Nərimanov rayonundakı B. Soltanov adına 34 saylı orta məktəbdə təhsil alır. Hazırda həmin məktəbin II sinif şagirdidir. Tədris olunan fənləri yaxşı qiymətlərlə oxuyur. Onun ən sevimli fənni riyaziyyatdır.
Süleyman bağçada və məktəblərində keçirilən tədbirlərdə, bayram şənliklərində fəal iştirak edib. O, 15 sentyabr 2016-cı ildə bilik günü, Əlifba bayramında Cırtdan, Turp personajında, Polis rolunda, “Xocalı faciəsini” əks etdirən tədbirdə, XI siniflərin son zəngində, American Academinin təşkil etdiyi hesabat tədbirində müxtəlif səhnəciklərdə iştirak edib. Süleyman üçün 2017-ci ilin yay tətili ən maraqlı və unudulmaz olub. Həmin yayda Rusiya Federasiyasının Sankt-Peterburq və Moskva şəhərlərində yaddaqalan, maraqlı günlər keçirib. Orada “Ermitaj”, “Quliverin Evində”, “Tərsinə Ev”, “Leninq­rad Hərbi Tari­xi” Muzeylərində, I Pyotrun yaz və qış bağlarında, Neva çayında olub.
2016-cı il “На Своей зямле” və Bolqarıstanın Nova Zagora diplomları ilə, 2017-ci ilin may ayında American Academy tərəfindən tərifnamə ilə, 12 iyun 2017-ci ildə əlaçı kimi tərifanmə ilə, 23 dekabr 2017-ci ildə taekvondo olimpiya idman növü üzrə sarı kəmər sertifikatı ilə təltif olunub. 2018-ci ildə taekvando üzrə yoldaşlıq görüşlərində 30 kq. çəki dərəcəsində III yerə layiq görülüb.
Süleyman əldə etdiyi nailiyyətlərinə görə üzərində böyük əməyi olan valideynərinə, babasına və Natavan müəllimə borcludur. O, gələcəkdə olimpiya birincisi olmaq arzusundadır.
Hüquq müdafiəçisi, prokuror olmaq istəyir. Süleyman 6 yaşında bu fikrində tam qərarlaşıb. Asudə vaxtlarında şahmat oynamağı, idmanla məşğul olmağı, ensiklopedik kitablar və nağıllar oxumağı xoşlayır. Onun digər sevimli məşğuliyyəti rəsmlər çəkmək və plastilinlə işlə­məkdir. O, istəklərinə nail olmaq üçün dərslərini yaxşı oxumaqla mək­təbi qırmızı diplomla bitirmək niyyətindədir. Süleyman savadı, bilik və bacarığı ilə Vətəninə layiqli övlad olmağı qarşısına məqsəd qoyub. 

1 комментарий:

  1. Afərin deməkdən başqa söz tapmadım.Halal olsun.MillətinƏ, ailəsinə layiqli övlad olsun! Uğurlar!

    ОтветитьУдалить