elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 апреля 2018 г.

Əhmədli Aysun Şakir qızı


Əhmədovlar ailəsində səbirsizliklə gözlənilən an gəlib çatdı. Əhmədli Aysun Şakir qızı 4 avqust 2010-cu ildə yay fəslində Ağstafa şəhərində dünyaya göz açdı. Doğulduğu gündən ailənin sevinc payına çevrildi. Nənəsinin, babasının sevimlisinə çevrilən Aysun onların nəvazişi, sonsuz sevgisi ilə böyüyürdü.
Aysun uşaqlıqda sakit uşaq olub. Kiçik yaşlarından Azərbaycan xalq nağıllarını anası Elnurə xanımın dilindən dinləyir, müəyyən hissəsini öz sözləri ilə danışırdı, hərfləri hələ tam öyrənməmiş anasının, nənəsinin dilindən eşitdiyi uşaq şeirlərini əzbər deyirdi. Bunlar artıq Aysunun gələcək uğurlarının bir işartısı idi. Atasının da onun inkişafında rolu danılmazdır. Atası Şakir Əhmədovun onun potensialına olan inamı Aysunun doğru istiqamətlənməsində, yüksək motivasiya olunmasında çox böyük nəticə vermişdir.
Balaca qəhrəmanımız məktəbdən öncə məktəbəqədər təhsil müəssisəsində təhsil almağa başlayır. Yazıb oxumağı-bağçada müəllimlərinin və valideynlərinin dəstəyi ilə öyrənmişdi. AAAF parkın “Zirvə”bağçasında keçirilən əlamətdar günlərdə Aysun hər zaman fəal iştirak edirdi. Şənliklərdə bağçada müəllimlərindən öyrəndiyi məlumatları asanlıqla praktikaya çevirməyi bacarırdı.
Aysunun 5 yaşından etibarən şəkil çəkməyə marağı oyanıb. Onun bu qabiliyyəti heç bir xüsusi hazırlıq keçmədən yaranıb. Eyni zamanda müsahibimiz gimnastika ilə məşğul olur. Aysun kitab oxumağı çox sevir, kitab oxuduğu zaman keçən vaxtın ən faydalı zaman olduğunun fərqindədir.
Aysun hazırda Abşeron rayon Xırdalan şəhər 5 saylı orta məktəbin Nazənin müəllimənin rəhbərlik etdiyi 2-a sinfində təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Sevimli fənləri hər bir azərbaycanlının mükəmməl şəkildə bilməli olduğu Azərbaycan dili, global dillərdən biri olan ingilis dili və müasir dövrün idarəedici sxeminə çevrilən informatikadır. Aysun məktəbdə keçirilən müxtəlif xarakterli tədbirlərdə fəal iştirak edir. 20 Yanvar və Xocalı soyqrımına həsr olunmuş tədbirlərdə iştirak etmiş şeir demiş, öz istedadını bir daha məktəb heyəti qarşısında göstərməyi bacarmışdır.
Müsahibimiz boş vaxtlarını səmərəli keçirir. Şəkil çəkir, maraqlı animasiyalara, uşaq verlişlərinə baxır, onlardan faydalı məlumatlar əldə etməyə çalışır.
Onun arzusu ali təhsil alıb, vətəninə layiqli övlad olmaqdır. O, öz peşəsini də artıq müəyyən edib. Müəllim kimi şərəfli bir peşəyə sahib olmaq, gələcəyin təməlini quran bir şəxs kimi tarixə adını qızıl hərflərlə yazdırmaq istəyir. Bu sahədə də balaca müsahibimizə uğurlar arzu edirik, getdiyi yolun daim doğru olmasını diləyirik!

Комментариев нет:

Отправить комментарий