elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 апреля 2018 г.

Cavid Əli Rəsul oğlu

Cavid Əli Rəsul oğlu 27.06.2004-cü ildə Bakı şəhərində anadan olub. Cavid körpəlikdənhər şeylə maraqlanan uşaq olub. O, dörd yaşında valideynlərindən "Şahmat" oyunu haqqında maraqlanıb,öyrətmələrini  istəyib. ”Puzzle” yığmaq da onun sevimli məşğuliyyəti olub.Məktəbə qədər Rus və Azərbaycan dilində oxumağı və yazmağı valideynlərinin köməkliyi ilə öyrənib.   Cavidi daha çox riyaziyyat elmi cəlb edib. O, çox tez bir zamanda sayıb-hesablamağı  öyrənib. Yaşının az olmağına baxmayaraq vurma cədvəlinidə əzbər bilirdi.
O, 10 yaşında musiqiyə olan marağını ailəsinə bildirib.  Valideynləri musiqi müəllimigilə qonaq olan zaman Cavid orada ki,  fortepiano alətini görüb və musiqiyə olan marağı buradan yaranıb. Cavid ilk təhsilsilini Qazax rayonu II Şıxlı kəndində alıb. Hazırdaimtahan üsulu ilə qəbu olduğu Fizika,Riyaziyyat və İnformatika təmayüllü liseydə oxuyur. Atası  hərbiçi olduğundan o, bir neçə mktəb dəyişməli olub. Cavid dərslərini əla qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər fizika və biologiyadır.Cavid  ilk dəfə səhnəyə musiqi məktəbində öz konsertində çıxış edib. Daha sonra Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmaüllü liseydəolan sinif rəhbəri Cəfərov Çingiz müəllim, hər bir əlamətdar günə aid tədbirhazırlayarkən o, bu tədbirlərdə yaradıcı olub,texniki təzcihatı təşkil edib.Onun ən uğurlu günləri  FRİTL-a qəbul olduğu və Golden Byte-Beynəlxalq İT Çempionatın turlarını keçməsi olub. Cavid bir çox sertifaktlar və diplomlara layiq görülüb.
Belə ki :
1)Birinci sinfi yüksək davranışa və əla qiymətlərə görə
2)Altıncı sinifdə Coğrafiya fənnindən göstərdiyi yüksək təlim göstəricilərinə və
yarışmalarda iştirakına görə
3) Rus dili və Ədəbiyyatın Respublika üzrə keçirilən fənn olimpiyadasında fəal
iştirakına görə
4)Bilik yarışında 7-ci siniflər arasında yüksək nəticə göstərdiyinə görə
5)7-ci sinifdə şagird özünü idarəetmə təşkilatının sədri vəzifəsini nümunəvi şəkildə yerinə yetirdiyinə görə
6)Yeddinci sinifdə İngilis dilindən il ərzində verilən sertifikatlar və fəxri fərmalara layiq görülüb. Cavid qazandığı nailiyyət və uğurlarına görə özünü ona  dəstək olan valideyinlərinə və müəllimlərinə borclu bilir. Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Cavid İT sahədə çalışmağı üzrə çalışmağı  planlaşdırıb.
Bu fikrə StepİT Kompyuter Akademiyasına daxil olduqdan sonra düşüb.
Asudə vaxtlarında  musiqi, üzgüçülük, proqramlaşdırma, saytların və oyunların
yaradılması və kitab oxumağa sərf edir.Bu günə kimi  Cavid müxtəlif janrlara
məxsus olan 50-dən çox kitablar oxuyub. O, daha çox elmi fantastik janra üstünlük
verir.O, StepİT Akademiyasında oxuyaraq Golden Byte Beynəlxalq İT Çempionatın üzvü olub. Burada 8 kateqoriyadan o, Qısametrajlı filmi seçib.Çəkdiyi
həmin bu filmlə o, regional onlayn seçim və yarımfinal turunu uğurla
keçib,yaxında onu final gözləyir. Bu filmin mövzusu “Create The New World”dür.
Burada o, indiki yeniyetmələrin çətin bir sualın qarşısında necə bir seçim etməyindən və aləmin 3 əsasının ona verdiyi dərsdən bəhs olunur.
Cavidin gələcək planları biliklərə və yeni uğurlara nail olmaqdır. Asudə vaxtlarında  ailəsi və yaxınları ilə  vaxt keçirməyə üstünlük verir.
Cavidin fikrinə görə tarixə iki yolla düşmək olar, yaxşı və ya pis. O, cəmiyyətdə xeyirli əməlləri ilə tanınmaq istəyir.

Комментариев нет:

Отправить комментарий