elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 апреля 2018 г.

Yarışova Nuray Nazim qızı

Yarışova  Nuray  Nazim   qızı  12.12.2008 – ci ildə Bakı  şəhərində anadan olub. Sakit təbiətli uşaq  olub. Televizora  baxmağı  çox  xoşlayıb. Əsasən    cizgi  filmlərinə  marağı olub. Şer deməyi çox  xoşlayıb.Nuray  məktəbə  tez  gedib. O, 6  yaşı  tamam  olmadığı  üçün  BBTİ – nin  keçirdiyi  imtahanı  uğurla  verib 1 – ci  sinifə  qəbul  olub.Məktəbə  gedənə qədər  yazıb – oxumağı  bacarıb.  Bağçaya  getdiyi  zaman  müəllimi  Afaq  xanım  tərəfindən öyrənib. Valideynlərinin  onu  məktəbə  tez  qoymağımın  əsas  səbəbi onun  oxumağa ,  yazmağa  olan böyük marağı olub. Riyaziyyat  fənnini  çox  gözəl  qavrayır.Uşaqlıqdan  çöplərlə  saymağı , toplayıb – çıxmağı  həvəsli olub.  Onda  bu  marağı  qardaşı  Nihad  oyadıb, çünki  o  riyaziyyat  fənnini  çox  sevir.Yarışova  Nuray  Binəqədi  rayonu   182  saylı  tam  orta  məktəbdə təhsil alır. Onun ən sevdiyi fənlər riyaziyyat, Azərbaycan  dili    İngilis  dilidir.Məktəblərində  keçirilən  bir  çox  tədbirlərdə  iştirak  edib.  Heydər  Əliyev  Fondunun  həyətində  möhtəşəm    Rənglərin  Sevinci”  tədbirində  göy  qurşağının  narıncı  rəngini  Nuray təmsil  edib . Sonra  “Bahar  qızı” obrazını  canlandırıb.  Həyatında  maraqlı, uğurlu   günləri  çox  olub, ən  yadda  qalanı  ilk  dəfə  məktəbə  getdiyi  gündür.  Nurayın bu günə qədər əldə etdiyi Fəxri  fərmanlarım  bunlardır :  “Əlifba  təlimini  uğurla  bitirdiyi  üçün ” , “ Yurdumuza  Bahar  gəlir ”adlı  rəsm  müsabiqəsində  fərqləndiyi  üçün , “ Ən  yaxşı  oxucu ” , “ Ən  sürətli  oxucu ” , “Məni  oxu ”  layihəsində  fəal  iştirakına  görə , “Oxuyub – anlama ” fəaliyyətində  fərqləndiyinə  görə , “ 2014/2015 – ci tədris  ilində ”  göstərdiyi  yüksək  təlim    tərbiyə  fəaliyyətinə  görə , “ Mənim  səliqəli  dəftərim ”, “ İlin  nəzakətli  şagirdi ” , “Qrup  işi  fəaliyyətinə  görə “ təltif olunub.Əldə  etdiyi  uğurlarına  görə  ilk  növbədə  müəllimi  Aygün  Kərimovaya , anasına və  qardaşına  borcludur .O, anasını həyatının  qəhrəmanı   hesab  edir.  Hər  bir  xüsusiyyətinə görə anasına  oxşamaq  istəyir.Nurayın gələcək hədəfləri ilk  növbədə  ali  təhsil  almaq, sonra  magistraturaya  daxil  olmaq, öz  fəaliyyətini  daha da  yüksək  pilləyə  qədər  yüksəltməkdir. Müəllim  peşəsini  çox  sevir . Təlim – tərbiyə  işlərinə  marağı  çoxdur .Bu  fikrə  məktəbə  gedəndən  sonra  düşüb .   Müəlliminin  işinə  həvəslə  yanaşmağı , dürüst, mehriban , alicənab  olmağı  onun da bu  sənətə olan  marağını  artırıb. Mütaliə  etməyi  çox  sevir. Özünün  şəxsi  kitabxanası var.  Onun evdə  yazı lövhəsi belə  var.  Orada  işləməyi  çox  xoşlayır . Dünyadakı  muzeylərlə  maraqlanır. ( internet  vasitəsi ilə ). Şahmata da böyük  həvəsi  var .  Bu yaxınlarda   məktəblər  arası  keçirilən  şahmat  oynunda  5 – ci  yeri  qazanıb.Nuray  bədii  kitabları oxumağı çox  sevir . Eyni zamanda  milli  adət -ənənələrimizə , milli  geyimlərimizə  böyük marağı var.Nuray orta  məktəbi  uğurla  başa  vurub , ali  məktəbə  daxil  olub , magistraturanı  bitirdikdən  sonra  öz  sənəti  üzrə  işləməyi , xalqıma , dövlətimə  layiqincə  qulluq  etməyi  planlaşdırıb.  Həyatda  yeganə  məqsədi hər  bir  işində  uğur  qazanıb  anasının  ümidlərini  doğrultmaqdır .Onun    hekayə  yazmağa  marağı  böyükdür . Balaca  da  olsa  hekayələri  var .  Tarixin  yaddaşında  yaşamaq  üçün  hekayələrdən  ibarət  kitablarını  çap  etdirmək   istəyir .

Комментариев нет:

Отправить комментарий