Süleymanlı Fateh Pərviz oğlu 18 iyul 2008-ci ildə
Bakı şəhərində anadan olmuşdur. Fateh ailənin ilk övladı, ilk nəvəsidir. Körpə
vaxtlarından nənəsinin dilindən nağıl dinləməyi sevirdi. Bunun nəticəsidir ki, Fatehin
gözəl intonasiya ilə şeir söyləmə, nağıl danışma qabiliyyəti var. Bundan başqa
da, onda dinləmə bacarığı, verilən suallara dolğun cavab vermək kimi keyfiyyətlər
formalaşıb.
Fateh idmanla maraqlanır, boş vaxtlarında yoldaşlarıyla
futbol oynamağı xoşlayır. Həmçinin Fateh, polislər haqqında filmlərə baxmağıda
sevir. Fatehin heyvanlar aləminə marağıda böyükdür. Bu marağı ona təbiət hadisələri,
heyvanların məskunlaşdığı müxtəlif regionlar haqqında məlumatlanmaq imkanı yaradır.
Yazıb-oxumağı öyrəndikdən sonra bu mövzuda ona alınan bütün kitabları maraqla
oxuyur.
Fateh hazırda H. Hüseynov adına 83 saylı məktəb-liseyin
I sinfində təhsil alır. Tədris olunan fənlər sırasında daha çox informatika fənnini
sevir. Eyni zamanda, məntiq tapşırıqları etmək Fatehin maraq dairəsindədi. Fatehin
ən böyük arzusu gələcəkdə polis olmaqdır.
Fateh valideynlərinin güvənini hələ kiçik
yaşlarından qazanıb. Onlar ümid edirlər ki, Fateh babasının ona qoyduğu bu ada
layiq olar, vətəninə, ölkəsinə fayda gətirəcək fəaliyyətləri ilə çoxlu zirvələr
fəth edər.
Комментариев нет:
Отправить комментарий