elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 июня 2015 г.

Cümşüdov Fərid Asif oğlu

Cümşüdov Fərid Asif oğlu 24 iyul 2006-ci ildə Göygöl rayonunun Kərəmli kəndində dünyaya göz açmışdır. Sakit təbiətli uşaq olu. Hərbiyə aid uşaq oyuncaları ilə oynamağı çox sevir və saz havalarına qulaq asmağı xoşlayırdı.
İlk təhsilini Bakı şəhəri 313 saylı tam orta məktəbdə anadan almışdır. Hazırda həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənlər Riyaziyyat və həyat bilgisidir. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Anası və qonşuluqda yaşayan Könül müəllimə tərəfindən öyrədilmişdir. 5 yaşından bu istedad özündə yaranmışdir. Fərid müəllim ailəsində dünyaya göz açdığına görə kitab, dəftərə daha çox marağı olmuşdur.
Fərid tədbirlərdə də fəal iştirak edib. İlk öncə bağçada keçirilən “Novruz” şənliyində kosa və keçəl rolunda çıxış etmişdir. 23 may 2015-ci ildə sinif yoldaşları və müəllimləri ilə “Botanika bağı”-na səyahət etmələri ən maraqlı gün kimi hesab edir.
Asudə vaxtlarında filmlərə baxmağı və yoldaşları ilə futbol oynamağı xoşlayır. İdmanla məşğul olmaq və hərbi təhsil almağı qarşısına məqsəd qoyub.
Əldə etdiyi uğurlara görə özünü valideynlərinə və Səadət müəllimə borclu bulir. Məşhur azərbaycanlı general Əliağa Şıxlinskiyə oxşamaq istəyir. Gələcəkdə ali təhsil almaq, hərbiçi olmaq istəyir.
Torpaqlarımızı erməni işğalçılarından azad etməkvə şəhid­lərimizin qisasını düşmənlərdən almaqla tarixin yaddaşında qalmaq istəyir.

Комментариев нет:

Отправить комментарий