Məmmədli Hüseyn Şahin oğlu 1 may 2007-ci ildə Bakı şəhərində
doğulub. Anası deyir ki, Hüseyn çox sakit, təmkinli, dəqiq düşünə bilən, sonda
qərarını verən uşaq olub. Nəinki bu düşüncələrlə özünü idarə edir, bəzən
valideynlərinə və müəllimlərinə qarşı qayğıkeş, təmkinli bir şəkildə yanaşır.
Hüseyn hələ məktəbə başlamazdan əvvəl artıq yazmağı,
oxumağı öyrənmişdi. Məktəbə başlayan zaman təhsil həyatına tam hazırlıqlı bir vəziyyətdə
orta məktəbə qədəm qoyub. Bu vaxtlarda onunla əsasən anası məşğul olub.
Qəhrəmanımız Hüseyn hətta öz yaşına uyğun, kiçik həcmli
şeirlər yazmağı da xoşlayır. Bu istedad ona anasından keçib. Həmçinin şahmat
oynamağa da həvəskardır. Bu həvəsi Hüseyndə atası Şahin oyadıb və şahmatı ona
sevdirib.
İlk dəfə məktəb həyatına Yasamal royunu 167 saylı orta
məktəbdə qədəm qoysa da, hal-hazırda Yasamal rayonu 53 saylı orta məktəbdə təhsil
alır. II sinifi bitirib.
Hüseyn sinfin əlaçı şagirdlərindəndir. Riyaziyyat fənnini
xüsusilə sevir.
Hüseynin dərslərindən əlavə məşğuliyyətlərinin
sırasına idmanla məşğul olması da daxildir. Balaca qəhrəmanımız müəllimi Asif
Sayadlının rəhbərliyi ilə idman yarışlarında VİNG-ÇUN-KUNG-FU döyüş növü üzrə
iştirak edib.
İncəsənət sahələrindən olan rəqsə, tarda ifa etməyə həvəskardır.
Rəqslə məşğul olan Hüseyn “Kalorit” rəqs qrupunda Fariz müəllimin rəhbərliyi
altında Şəhriyar adına sarayda, Respublika sarayında solo rəqslərlə iştirak
edib. Fəxri Fərmanlarla təltif olunub.
Əldə etdiyi nailiyyətlərə görə ilk növbədə müəllimlərinə
– Rəna müəlliməyə, Flora müəlliməyə, Asif müəllimə, Fariz müəllimə və valideynlərinə
borclu olduğunu deyir. Gələcək fəaliyyətində “həyatının simvolu” adlandırdığı,
çox sevdiyi Akif babası kimi olmaq istəyir.
Cərrah olmaq arzusu ilə yaşayan Hüseyn özünü yüksək
zirvələrdə görməyi arzulayır. Uşaqlıqdan cərrrah olmaq istəyir.
Asudə vaxtlarında məntiqi tapşırıqlara vaxt ayırır,
şahmat oynayır.
Gələcək üçün planları və arzuları çox olan Hüseyn hər
zaman öndə olmağı, getdikcə ucalmağı hədəfinə alıb. Yaşı az olsa da həyatda heç
sevmədiyi xüsusiyyət – yalandır. Ona yalan danışanları bağışlamır. Yaşı az da
olsa özünü kiçik, qüvvətsiz hesab etmir.
İstəyir ki, gələcəkdə atası və Akif babası kimi olsun.
Onlar kimi savadlı, düzgün, öndə olmağı bacaran bir insan olmaq arzusundadır.
Özünü əyilməz, mərd adlandırır.
Hüseyn həm savadlı cərrah, həm də tanınmış idmançı
olmaq istəyir. Bütün uğurlu fəaliyyətləri ilə tarixə adını yazdırmaq, müsbət cəhətləri
ilə insanların yadında qalmaq istəyir.
Комментариев нет:
Отправить комментарий