Əhmədova Nəzrin Məmməd qızı 27 iyun 2004-cü ildə
anadan olub.
Nəzrin uşaq vaxtı çox sakit olub. Ağıllı baxışları var
idi, anasına bağlı uşaq idi.
Oyuncaqları ilə səhnəcik qururdu, həkimlə xəstə səhnəciyi
lap çox xoşuna gəlirdi, xəstələrə dərmanlar yazırdı.
Məktəbə gedənə qədər oxumağı və yazmağı bilirdi, bunu
anasından öyrənmişdi.
Onun ağıllı danışığı, maraqlı baxışı 3 yaşından bəri
hiss olunmağa başlayıb. Evə gələn zənglərə Nəzrin cavab verirdi, düzgün, səlis
danışığına hamı heyran qalırdı.
Nəzrin hal-hazırda 53 saylı orta məktəbin şagirdidir.
Dərslərini yaxşı oxuyur, ən sevdiyi fənlər Azərbaycan dili və ədəbiyyatdır.
Nəzrin tədbirlərdə də fəal iştirak edir. Şuşa tədbirində,
Sabirin yaradıcılığına həsr edilmiş tədbirdə və Accses Bankın keçirdiyi
oyunlarda iştirak edib, qalib olub pul mükafatı qazanıb.
Əldə etdiyi nailiyyətlərdən dolayı müəllimələrinə
borclu olduğunu vurğulayır.
Ali təhsil almaq arzusu var. Jurnalistika fakultəsinə
qəbul olmaq istəyir, səbəbi isə araşdırmalar aparmağı, müxtəlif məlumatlar
toplamağı xoşlamasıdır.
Boş vaxtlarında piano çalmaq, şəkil çəkmək, anasına ev
işlərində kömək olmağı xoşlayır.
Ədəbiyyat, şeir yazmaq, təsviri incəsənət onun maraq
dünyasını təşkil edir.
Məktəbi yüksək qiymətlərlə bitirmək, ali məktəbə qəbul
olmaq, doğma vətəninə layiqli bir insan olmaq istəyir.
Hacı Zeynalabdin Tağıyev kimi xeyrxah işlər görmək,
insanlara əl tutmaq istəyir. Bu gözəl şəxsiyyətdən nümunə götürür.
Nəzrin hətta Space telekanalında yayımlanan uşaq
verlişində də iştirak edib.
Комментариев нет:
Отправить комментарий