elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 июня 2015 г.

Həsənli Seymur Fariz oğlu

 
Həsənli Seymur Fariz oğlu 14 mart 2006-ci il Bakı şəhərində anadan olmuşdur.Ağıllı,sakit,sözəbaxan uşaq olub.
İlk təhsilini Bakı şəhəri 313 saylı tam orta məktəbdə almışdır.Hal-hazırda həmin məktəbdə təhsil alır.Dərslərini əla oxuyur ən sevimli fənləri riyaziyyat və İngilis dilidir.Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı.
Seymurgil məktəbdə tez-tez səhnəciklər qururdular.Həmin səhnəciklərdə fəal iştirak edib.Əsasən baş rollarda oynayıb.Ən yadda qalan günü məktəb direktorunun icazəsi ilə Akademik milli dram teatrının getdikləri gün olub.22 oktyabr uğurlu günlərindən biri idi.Zəfər kursundan yüksək biliyinə görə 2 yerə təltif olunaraq diplom qazanıb.
Gələcəkdə millət vəkili olub,vətənimizdəki problemləri həll edərək xalqına yararlı övlad olmaq istəyir.
Bu istedadı 5 yaşından babası tərəfindən oyadılıb.
Asudə vaxtlarında idmanla məşğul olur və mahnıya qulaq asmağı çox sevir.Tarixin yaddaşında qalmaq üçün xeyirxah vətənpərvər insan olmağı bütün insanlara hörmətlə yanaşmağı qarşısına məqsəd qoyub.

Əldə etdiyi uğur və naliyyətlərə görə özünü valideynlərinə borclu bilir.

Комментариев нет:

Отправить комментарий