Həsənli Riad Emil oğlu 27 aprel 2007-ci ildə Bakı şəhərində
anadan olmuşdur.
Riad çox özünəməxsus, ehtiyatlı uşaq olub. Bəzən
valieynlərini öz sualları ilə təccüblənirdi. Riad hər kəsdən fərqli suallar
verir, hadisələrin görünməyən tərəfini görmək araşdırmaq istəyirdi. Əyləşdiyi
atraksionun motorundan, onun təhlükəsizlik dərəcəsinə qədər sual verib öyrənirdi.
3 yaşından hamı onun fərqli uşaq olduğunu söyləyirdi
Riadın ilk təhsil aldığı orta məktəb Həbibulla
Hüseynov adına 83 saylı lisey olub. Hazırda da həmin məktəbdə təhsil alır.
Riad dərslərini yaxşı oxuyur. Qısa vaxt ərzində öz zəkası, dərin düşüncəsi ilə
məktəbdə müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilib. Riad məktəbin
ictimai həyatında da mühüm rol oynayır. Tədbirlərdə öz bədii qiraət istedadını
nümayiş etdirir.
Riad asudə vaxtlarında konstruktor quraşdırmağı
xoşlayır. Rəsm sahəsinə uşaqlıqdan marağı var. Boş vaxtlarında gördüyü maraqlı
mənzərələri öz fırçasıyla təsvir edir.
Hər kəs həyatda etiraf etməsə belə bir şəxsi öz
idealına çevirir. Riad hər sahədə atasına bənzəmək istəyir. Riadın gələcək hədəfi
ədalət keşikçisi- polis olmaqdır. O, bu peşənin uşaqlıqdan sahibi olmaq
arzusundadır. Bu sahənin məsuliyyət tələb edən bir iş olduğunu Riad dərk edir və
bu sahədə öz istəyinə çatmaq üçün əlindən gələni edəcək. Bu yolda o, orta məktəbi
müvəffəqiyyətlə başa vurub, ali məktəbə qəbul olmalı və öz işinin peşəkarı
olmaq üçün çalışmalıdır. Həmçinin Vətən borcunu-hərbi xidmətini uğurla başa
vurmalıdır.
Biz də Riada gələcək fəaliyyətində uğurlar arzu
edirik. Vətəninə, dövlətinə xeyirli bir övlad olacağına inanırıq!
Комментариев нет:
Отправить комментарий