Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan
biri də Nigar Qədir qızı Qədirovadır. Nigar 1 mart 2006-cı ildə Bakı şəhərində
anadan olmuşdur. Valideynləri deyir ki, Nigar körpəlikdə çox sakit, ağıllı, öz
aləmində oynayan, gülən, ətraf aləmlə işi olmayan bir uşaq olub. Nigar dörd-beş
yaşlarında rəngli karandaşlarla rəsm çəkməyi və rəngləməyi çox xoşlayırdı. Ən
sevdiyi məşğuliyyəti isə ev işlərində anasına kömək etməsi idi.
Nigar məktəbə gedənə qədər yazıb-oxumağı çox yaxşı
bilirdi. Qardaşı ilə rəqabət aparır, onun oxuduğu kitabları ondan tez oxuyub
qurtarmağa çalışırdı. Qardaşı böyük olduğu üçün yazıb-oxumağa həvəs ondan
yaranmışdır. Bacarıqlı Nigar hələ 5 yaşında hərfləri tanıyır, yazıb-oxumağa
başlamışdır. Gimnastikaya, rəsmə marağı olan balaca Nigarımız dərnəklərə gedir
və özünün bu sahələrdə də çox yaxşı qabiliyyəti olduğunu göstərirdi.
Nigar I sinfə Bakı Slavyan Universiteti Məktəb-Lisey
kompleksində gedib. Hazırda da təhsilini həmin məktəbdə davam etdirir. Dərslərini
əla qiymətlərlə oxuyur, ən sevdiyi fənlər riyaziyyat və xarici dillərdir. Nigar
məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, aparıcı olmaqla bərabər
müxtəlif rollarda çıxış edir. O, sinfi bitirərkən diplomlar aldığı günü ən
uğurlu gün hesab edir. Nigar bir çox diplomlarla təltif edilib. Belə ki;
08.12.2013-cü ildə “Zəfər” kursunda birinci yer
tutduğuna görə tərifnamə
30 may 2014-cü ildə dərs ilini əla qiymətlərlə
bitirdiyi üçün tərifnamə
27 may 2015-ci ildə dərs ilini əla qiymətlərlə
bitirdiyi üçün tərifnamə
Nigar əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə
valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.
Bu yolda ona dayaq olan, zəhmətini çəkən ikinci müəllimi
Süsənbər müəllimə oxşamaq istəyir.
Nigar fəaliyyəti ilə bağlı ən yüksək zirvəyə
qalxmaq arzusundadır. O, gələcəkdə savadlı, dürüst və vicdanlı bir hüquqşünas olmaq
istəyir.
Asudə vaxtlarında kitab oxuyur, rəsmlər çəkir. Rəssamlıqla
məşğul olduğu üçün çəkdiyi şəkillərdə qəhrəmanların obrazına, təbiət mənzərələrinə
üstünlük verir.
Nigar gələcəkdə əla qiymətlərlə oxumağı, ictimai
işlərdə fəal iştirak etməyi, öz qabiliyyəti, zəhməti ilə uğurlar qazanmağı
planlaşdırır. Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün vətənini layiqincə
təmsil edib, onların hüquqlarını müdafiə etməli və necə gözəl vətəni olduğunu
tarixin səhifələrinə qızıl hərflərlə yazdırmaq niyyətindədir.
Arzusu, məqsədi böyük olan Nigara biz də uğur arzu
edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий