elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 марта 2019 г.

Zeynalov Muhamməd Zeynal oğlu


 
 
 
 
 
 
Zeynalov Muhamməd Zeynal oğlu 26 aprel 2009-cu ildə Bakı şəhərində anadan olub. Muhamməd körpəlikdə  hiperaktiv, ətraf mühitdə baş verən bütün hadisələrə reaksiya verən və onlarla maraqlanan bir uşaq idi. Güclü yaddaşa və qavrama qabiliyyətinə sahib olan Muhamməd 3 yaşı olmasına baxmayaraq bütün maşın markalarını və onların adlarını belə tanıyırdı. O, planşetdə intellektual zəkanı gücləndirən məntiqi oyunlar oynamağı xoşlayır. Üç yaşından etibarən ingilis bölməsi üzrə məktəbəqədər hazırlıq kursuna gedib. Muhammədin şeir yazmaq bacarığı da var. Bu istedad ona anasından keçib.  O, əsasən təbiət mövzusunda şeirlər yazmağı sevir. Maraqlı şeirlər yazmaqla yanaşı, başqalarının şeirlərini də asanlıqla əzbərləyə bilir.  Zeynalov Muhamməd Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Sinif əlaçısıdır. Hal-hazırda 4-cü sinifdə oxuyur. Bu 4 il müddətində o, bir dəfə belə olsun 4 qiyməti almayıb. Bütün fənləri sevməyinə baxmayaraq daha çox Azərbaycan dili, həyat bilgisi, informatika, rus dili və riyaziyyatı sevir.  Məktəbdə və kursda keçirilən bütün tədbir və bayram şənliklərində aktiv iştirak edir. O, məktəbəqədər kursda dərs ilinin bağlanışı münasibəti ilə təşkil olunmuş tədbirdə “Arı” obrazını böyük məharətlə canlandırıb. Məktəblərində isə Əlifba, Yeni il, Novruz bayramı şənliklərində iştirak edərək şeir söyləyib. Onun həyatında ən yadda qalan və unudulmaz gün ailəsi ilə birgə Tiflis şəhərinə səyahət etdiyi gündür. Muhamməd 4 illik tədris ilini müvəffəqiyyətlə bitirdiyi üçün dilploma təltif olunub. Daha sonra sinif üzrə keçirilmiş əl işlərinin təqdimatı yarışmasında hazırladığı şəkilli alboma görə birincilik əldə edib, diplom və medal qazanıb. Bu günə kimi əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və gözəl qəlbli, mehriban insan, yüksək ixtisasa sahib Arzu xanıma borclu olduğunu bildirir. Muhammədin digər bir minnətdarlığı isə onunla yol yoldaşı olan, daim qayğısını ondan bir an belə olsun  əsirgəməyən və onun ən böyük dəstəkçisi olan Sevil nənəsinə sonsuzadək təşəkkür edir. Fəaliyyətindən dolayı atsına oxşamaq istəyir. Atası kimi güclü, peşəsini böyük məsuliyyət ilə icra edən şəxs olmaq niyyətindədir. Muhamməd gələcəkdə hərbi həkim olmaq arzusundadır. Onun dayısı tanınmış, savadlı həkimlərimizdən biri olan Vüqar Abdullayevdir. Dayısından bu məşəqqətli yolu örnək götürən Muhamməd xəstələrə şəfa vermək və hamını sağlam görmək istəyir. Onun özünə daha bir örnək götürdüyü insan anasının nənəsidir. Bu qeyrətli, vətənpərvər qadın tibb bacısı olan Əliyeva Böyükxanımdır. O, 1941-1945 müharibələrində iştirak etmiş, heç nədən çəkinmədən cəbhədə yaralılara xidmət göstərib. Bu cür vətənpərvər, ziyalı bir ailədə böyüyən Muhamməd də genindən heç də geri qalmır. O, da Vətəninə, məllətinə şərəflə xidmət göstərib, lazim gələrsə bu torpaqlar uğrunda canını belə fəda verməyə hazır olduğunu bildirir. Onun gələcəklə dair planları məktəbi qırmızı diplomla bitirib, xarici dövlətlərin ən nüfuzlu universitetinə qəbul olmaqdır. Asudə vaxtlarında, kitab oxumağı, futbol oynamağı, gəzintiyə çıxmağı xoşlayır. Muhamməd əgər incəsənətin hər hansı bir sahəsi ilə məşğul olsaydı, bu rəssamlıq olardı. Rəsm əsərlərində isə əsasən peyzaj janrına üstünlük verərdi.  Muhamməd bilik və bacarıqlarını daha da təkmilləşdirib, savadlı tibb işçisi olaraq xalqına vicdanla xidmət göstərmək niyyətindədir.

1 комментарий: