elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 марта 2019 г.

Bağırova Ayan Abdul qızı

Bağırova Ayan Abdul qızı 22 avqust 2009-cu ildə Bakı şəhərində hüquqşünas ailəsində  anadan olub. Ayan körpəlikdə aktiv, ətraf mühitdə baş verən hadisələr ilə maraqlanan, intellekti güclü olan bir uşaqdır. Onun ən sevimli oyuncaqları jurnallar və qəzetlər olub. Onun bu marağını görən anası Ayanı 3 yaşı olan zaman Uşaq yaradıcılıq mərkəzinin “Çiçəyim” teatr dərnəyinə yazdırıb. Müəllimi Rəna xanım onun digər uşaqlardan fərqləndiyini hər zaman vurğulayıb. Yaşının çox az olmasına baxmayaraq o səhnəciklərdə uğurlu çıxışlar etməyi bacarıb.  Ayan daha sonra bu yaradıcılıq dərnəyinin rəqs bölümündəki dərslərə qoşulur. Bu sahədə də nailiyyətlər əldə edərək ailəsinin ona bəslədiyi etimadı doğruldur. Onun xarici dillərə qarşı marağı lap uşaq yaşlarından başlayıb. Öz istəyi əsasında rus bölməsində təhsil alır. Daha çox xarici musiqilərə qulaq asmağa üstünlük verir.  Ayan məktəbə gedənə qədər yazmağı, oxumağı məktəbəqədər müəlliminin köməkliyi ilə öyrənib. Bağırova Ayan Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır.  Sinif əlaçısıdır. Dərslərinə hər zaman hazırlıqlı olur. Bütün fənləri sevməsinə baxmayaraq daha çox riyaziyyatı sevir. Ayan sinif rəhbəri olan Arzu müəllim kimi bir xanımın sinifdə təhsil aldığı üçün özünü çox şanslı hiss edir. Arzu xanım ona müasir texnologiyaya əsaslanan yüksək səviyyəli təhsil verməklə yanaşı, onu həyata pozitiv baxmağa və baş verə biləcək hər hansı bir hadisələrə qarşı müsbət yanaşmasını öyrədib. Həyat dolu, mehriban, səmimi, fədakar, zövqlü bir müəllimin şagirdi olduğu üçün Ayan çox xoşbəxtdir.   Rus bölməsində təhsil almasına baxmayaraq Ayan ana dilini çox sevir. O, keçən ilin may ayında 33 saylı musiqi məktəbinə sənədlərini verir və skripka bölümü üzrə bütün iştirakçıları qabaqlayaraq birincilik əldə edərək  ödənişsiz təhsil almaq şansını qazanır. Hal-hazırda  həmin məktəbin 1-ci sinifinin 5 illik bölməsində musiqi dərsləri alır. Müəllimi Tahirə xanım Ayanın gələcəkdə çox gözəl musiqiçi ola biləcəyini söyləyir. Ancaq o, gələcəkdə hansı peşənin sahibi olması ilə bağlı qəti qərara gəlməyib. Ayan 2 ildən artıqdır “Budokan” karate növünün “Qaraqaplan” klubunun üzvudür, Seymur müəllimdən bu sahənin sirlərini öyrənir. O hətta  kəmər imtahanlarında da iştirak edərək (III-Kyu) dərəcəsinə qədər yüksəlmişdir. Müəllimi onun haqqında çox yüksək fikirdədi, gələcəkdə dünya, Avropa, Olimpiyada oyunlarında uğurlu çıxışlar edə biləcəyinə ümid edir. İstedadı bununlada bitib-tükənməyən Ayan “Çiçəyim” teatr dərnəyinin üzvü olan zaman Heydər Əliyev fondunun Buta sarayında təşkil olunana yeni il tədbirində uğurla çıxışlar edib. Eyni zaman da televizorda  müxtəlif uşaq verilişlərindəki çəkilişlərə qatılıb. Çoxşaxəli istedada, bilik və bacarığa sahib olan Ayan bu uğurlarını qoruyub saxlayacağına və özünü daha da təkminləşdirəcəyinə qərar verib.

Комментариев нет:

Отправить комментарий