elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 марта 2019 г.

Sadıqzadə Mübariz Qismət oğlu


Sadıqzadə Mübariz Qismət oğlu 26 sentyabr 2009-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Mübariz körpəlikdə sakit təbiətli, olduqca təmkinli və ağıllı bir uşaq olub. Onun ən sevdiyi məşğuliyyəti topla oynamaq idi. Məktəbə gedənə qədər yazıb-oxumağı, hesablamağı 5 yaşından etibarən bilirdi. Bu işdə ona “ECİC “kursları köməklik edib. Mübarizin idmana qarşı marağı lap kiçik yaşlarından atası tərəfindən yaradılıb. Sadıqzadə Mübariz Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. İlk təhsilini də elə buradan başlayıb. Bu məktəbi seçməklə o bəlkə də həyatının ən böyük şansını qazanır. Çünki o, təhsil sahəsində müstəsna xidmətlər göstərmiş, öz dəsti xətti ilə seçilən, şagirdlərinə dost olan, onları doğru, düzgün yola istiqamətləndirən və müasir texnologiyanın ən kiçik detalının belə incəliklərini bilən, daim pozitiv xanım olan Arzu müəllimin sinifində təhsil almaq şansını qazanıb. Mübariz rus bölməsində 4-cü sinifdə təhsilini davam etdirir. Onun ən sevimli fənləri Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyatdır. 2016-cı ildə “Heydərçi Gənclər” fəxri diplomunu qazanıb.  İbtidai təhsilini əla qiymətlərlə başa vurduğu üçün diplomlarla da təltif olunub.  Bununla yanaşı Mübariz cüdo idman növü ilə də məşğuldur. Belə ki, o müxtəlif vaxtlarda idman yarışları üzrə 1, 2 və 3-cü yerlərə layiq görülüb. 2018-ci ilin 25 oktyabr tarixində Binəqədi “Peşəkar Cüdo” idman klubunda birincilik əldə edib. Mübarizin növbəti uğuru “Ruslan idman sağlamlıq mərkəzi”ndə 1-ci yeri qazanmağı olub. O, bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və Arzu xanıma borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı cüdoçu İlham Zəkiyevə oxşamaq istəyir. Mübarizin gələcək hədəfləri daim öndə olmaq, xarici dövlətlərdə  şərəfli üç rəngli bayrağımızı dalğalandırmaq və himnini səsləndirməkdir.O, məşhur və peşəkar idmançı olmaq istəyir. Asudə vaxtlarında cüdo yarışlarına baxmağı, futbol oynamağı və nənə, babasına kömək etməyi xoşlayır. Mübariz əgər incəsənətin rəssamlıq sahəsi ilə məşğul olsaydı heç düşünmədən belə ilk əl işi olaraq Vətən fədaisi, canını bu torpaqlar uğrunda  qurban verən, hər bir türkün qəlbində əbədi yaşayan Milli qəhramanızım Mübariz İbrahimovun rəsmini çəkərdi. O, dərslərini sonadək əla oxuyub, ən yüksək balla ali məktəbə daxil olmaq niyyətindədir.  Mübariz haqqında yazılı mətbuatımızda da məlumat yer alıb. Belə ki, o,  “Gələcəyimiz onlarla gələcək” adlı kitabda məqaləsi ilə çıxış edib.

Комментариев нет:

Отправить комментарий