elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 марта 2019 г.

Paşayev Zəka Aftandil oğlu


Paşayev Zəka Aftandil oğlu 19 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub.  Zəka körpəlikdə ağlağan, sakit və qaşqabağlı uşaq olub. Lakin o, çox ideal  uşaq idi. Öz yaşıdları arasında fərqlənirdi. O, hələ uşaqkən  futbola böyük maraq göstərib. Adətən, oyuncaqlarını söküb-yığmağı çox sevirdi.  Zəka daha çox musiqi sədaları altında yatmağı xoşlayardı.O, 5 yaşından etibarən bağçaya gedib. Məktəbə gedənə qədər yazıb-oxumağı bağçada Nina və Alla  müəllimləri  tərəfindən öyrənmişdi. Şahmata olan marağı 3-cü sinifdə  şahmat dərslərinə qoşulmasına səbəb olub. Daha sonra ailəsi onun bu həvəsini görərək Zəkanı şahmat müəllimi Xatun xanıma həvalə edirlər.  Bundan sonra onun  şahmata olan marağı daha da artır. Zəka bundan sonra qatıldığı bir çox şahmat  yarışında qalib gəlir. Paşayev Zəka Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır.  Zəka tədris olunan bütün dərsləri əla qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər rus dili, Azərbaycan dili və riyaziyyatdır.  Məktəblərində təşkil olunan bütün tədbir və bayram şənliklərində fəal iştirak edib. Burada o,  şeir söyləyib. Onun həyatında ən maraqlı və yadda qalan gün ailəsinin ona doğum günü hədiyyəsi olaraq Tufandağa aparmaqları olub. Zəkanın ilk uğurlarından birincisi məktəbdə “Heydərçi gənclər” adına layiq görülməsidir.  2016-cı ildə şahmat üzrə yarışda  III yerə çıxdığı üçün təltifnamə  və medal qazanıb. 2018-ci ildə isə şahmatdan  dərəcə yarışında həm dərəcə aldığı üçün  kitabça, həm də həmin yarışda II yeri qazandığı üçün  diploma layiq görülüb.  Əldə etdiyi nailiyyətlərə  görə  valideynlərinə  və gözəl, mehriban, hər bir şagirdinə fərdi yanaşaraq müəllim yox, sanki ana qayğısı göstərən Arzu xanıma sonsuz təşəkkürlərini bildirir. Bu sahədə rəhbərlik etdiyi məktəbin nizam, intizamı daim yüksək səviyyədə olan məktəbin direktoru Fəridə xanımında əməyi danılmazdır. Fəaliyyətindən dolayı dünyaca  məhşur şahmatçı Şəhriyar Məmmədova  oxşamaq istəyir. Zəkanın ən böyük hədəfi dünya şöhrətli şahmatçı olmaqdır.O, gələcəkdə kosmonavt və şahmatçı olmaq arzusundadır. Kosmonavt olmaq istəməyinin yer kürəsindən çıxıb planetləri və  göy cisimlərini görə bilməkdir. Asudə vaxtlarında futbola  baxmağı və şahmat  oynamağı sevir. Zəka Vətəninə, millətinə xeyirli övlad olaraq yetişmək istəyir.

Комментариев нет:

Отправить комментарий