elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 марта 2019 г.

Məmmədov Əli Fuad oğlu

Məmmədov Əli Fuad oğlu 24 fevral 2009-cu ildə Bakı şəhərində anadan olub. Əli körpəlikdən çox sakit, təmkinli və ağıllı uşaq olub. Yaşının çox az olmasına baxmayaraq yüksək insani keyfiyyətlərə malik olması, sakitliyi, mehribanlığı onu çevrəsi tərəfindən daim sevdirib və seçdirib.  Məktəbə gedənə qədər hərfləri, rəqəmləri, yazıb-oxumağı evdə anasının, bağçada isə müəlliminin köməkliyi ilə öyrənib. Qavrama qabiliyyətinin güclü olması və  sakit təbiətə malik olması səbəbindən anasını heç vaxt incitməyib.  Məmmədov Əli  Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır.  Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur, ən sevdiyi fənlər isə rus dili və riyaziyyatdır. Məktəblərində təşkil olunan bütün tədbir və bayram şənliklərində fəal iştirak edir. Burada o,  səhnəciklərdə obraz canlandırıb,  şeir söyləyib və cudo fəndlərini nümayiş etdirərək uğurlu çıxışlar edib. Əli bu günə qədər əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və əməyi danılmaz, fədakar, həyat dolu bir xanım olan Arzu müəlliminə borclu olduğunu bildirir. Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Gələcəkdə qanun keşikçisi-polis olmaq arzusundadır. O, peşəkar, işini vicdanla yerinə yetirən, yüksəkixtisaslı kadr olmaq niyyətindədir. Cinayətkarları, rüşvətxorları cəmiyyətimizdən təmizləyib, ədaləti bərqərar etmək istəyir. Əli bu fikrə 5 yaşından düşüb. Asudə vaxtlarını çox səmərəli keçirir. Kitab oxumağa və məşq etməyə üstünlük verir. Onun gələcək planlanları dərslərini əla qiymətlərlə bitirib, yüksək balla Polis Akademiyasına daxil olmaqdır. O, məşqlərini bir gün belə olsun axsatmadan, mütəmadi məşqlər edərək, bacarığını daha da təkminləşdirmək niyyətindədir.  Əli Vətəninə, ailəsinə layiqli övlad olub, cəmiyyətimizə faydalı işlər görmək istəyir.

Комментариев нет:

Отправить комментарий