elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 марта 2019 г.

Mirzəyeva Emma Eldar qızı

Mirzəyeva Emma Eldar qızı 21.07.2009-ci ildə Bakı şəhərində anadan olub. Emma körpəlikdə çox aktiv, hər şey ilə  maraqlanan, çoxlu suallar verən bir uşaq olub. Onun ən sevimli məşğuliyyəti pazl qurmaq, şəkil rəngləmək, rəngli kağızlardan müxtəlif fiqurlar düzəltməkdir. Hal-hazırda isə tikişə maraq göstərir. Çox güclü hafizəyə sahib olan Emma tez bir zamanda şeir əzbərləməyi bacarır. Bununla yanaşı onun özünün də yazmış olduğu şeirlər var. Məktəbə gedənə qədər yazıb-oxumağı məktəbəqədər hazırlıq kursunda tədris gördüyü müəllim tərəfindən öyrənib. Mirzəyeva Emma Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 4-cu sinif şagirdidir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Bu günə qədər təhsil aldığı dörd il müddətində bir dəfə belə olsun 4 qiyməti almayıb. Onun ən sevdiyi fənlər rus dili və ingilis dilidir. Emma bağçalarında, istərsədə məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərində fəal iştirak edib. Belə ki, bağçada “Turp” nağılında “Nənə” obrazını böyük məharətlə canlandırıb. Daha sonra “Dovşan”, “Cücə” rəqslərini nümayiş etdirib. Məktəblərində isə Əlifba bayramında, Yeni il şənliyində, Novruz bayramı şənliyində iştirak edərək, şeir söyləyib. Emmanın həyatında ən maraqlı, yadda qalan gün sinifləri ilə birgə Exo parkında gəzintiyə çıxdığı gündür. Onlar burada gəziblər, idman alətlərindən istifadə ediblər, piknik  qurublar və.s.  Həmin gün onlarda çox səmərəli keçib. Emma  şəhərdə təşkil olunmuş Şokolad, Pizza yarışmasında layiqli iştirakına görə diplom qazanıb. Bununla yanaşı ibtidai sinifi yüksək qiymətlərlə bitirdiyi üçün də diplomla təltif edilib. Zirvə kurslarının təşkil etdiyi bilik yarışmasında 604 bal toplayıb. Emma fəaliyyətindən dolayı gözəl, səmimi, işinin peşəkarı olan Arzu xanıma oxşamaq istəyir. O, Arzu xanımı özünə ideal bilir. Emmada onun kimi daim baxımlı, pozitiv, yeniliklərə maraqlı bir şəxs olmaq niyyətindədir.  O, bu il tez-tez xəstələnib və uşaq həkiminin qonağı olub. Uşaq həkiminin gördüyü iş prosesi onun çox xoşuna gəlib. Bu səbəbdən o da gələcəkdə uşaq həkimi olmaq fikrinə düşüb. Onun gələcək planları məktəbi bitirib, ən yüksək balla ali məktəbə qəbul olub ən şərəfli və məsuliyyətli peşə olan  tibb peşəsinə sahib olmaqdır. Emma əsrimzin bəlasına çevrilmiş xərçəngin qarşısını alan dərman icad edərək  tarixin yaddaşına düşmək istəyir.

1 комментарий: