elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 июня 2016 г.

Əliyeva Elena Bəxtiyar qızı

Balaca həkim Əliyeva Elena Bəxtiyar qızı 09.07.2007-ci il Gürcüstanın  Bolnisi rayonunda Saraçli kəndində anadan olub. Hazırda Biləcəri qəsəbəsindəki 301 nömrəli məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur və ən sevimli fənləri riyaziyyat, informatika, xarici dil və Azərbaycan dilidir.Elena məktəb nəzdində keçirilən bayram tədbirlərində fəal iştirak edir, hətta  bu tədbirlərin birində Cücələrim rolunu  oynayıb.Eyni zamanda tədbirlərdə şeirlər deməsi ilə də diqqət çəkib.Elena əldə etdiyi uğurlara görə valideyinlərinə və müəllimlərinə borclu olduğunu deyir. Anasına oxşamaq istəyən Elena onun kimi qayğıkeş və mehriban biri olmaq istəyir. Ali məktəbə qəbul olmaq və savadlı həkim olmaq istəyir köməyə ehtiyacı olan xəstələrə yardım etmək və insanlara sağlam həyat bəxş etmək niyyətindədir.O, bu qənaətə 6 yaşından gəlib.Və bunun üçün dərslərini hər zaman əla oxuyacağını və “Hipokrat” andına sadiq qalacağını deyir.Boş vaxtlarında kitab oxumaq və rəsim çəkməklə xüsusi bir həvəslə məşğul olur. Azərbaycan dili və ədəbiyyata üstünlük verir gələcək arzuları və məqsədləri isə ali təhsil almaq Məktəbi bitirəndən sonra tanınmış bir həkim olmaqdır. Valideyinlərinə layiq övlad olmaq istəyən Elena tarixin yaddaşında çarəsiz xəstəliyin çarəsini taparaq alimlik dərəcəsi qazanıb silinməyəcək izlərlə qalmaq istəyir.Valideyinlərinin sözlərinə görə sakit və tərbiyəli uşaq olub maraqları cizgi filimləri və rəsim çəkmək olub.Uşaq vaxtdan yazmagı qardaşlarının köməyi ilə öyrənmişdir. Elenanın yazib-oxumağa marağı 3 yaşından yaranıb bizim sayəmizdə deyerek qeyd edir ailəsi.

Biz də balaca həkimə öz  arzularını arzulayırıq.

Комментариев нет:

Отправить комментарий