elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 июня 2016 г.

Hüseynli Rəhman Anar oğlu

 
 
 
 
Hüseynli Rəhman Anar oğlu Bakı şəhəri Lökbatan qəsəbəsi 166 saylı lisey də təhsil alıb. Hazırda Elitar gimnaziyada təhsilini davam etdirir.Dərs əlaçısıdır bütün fənləri sevir hər biri ayrı elimdir deyir. Ancaq ən çox riyaziyyat,  biologiya və tarix fənlərini xüsusi maraqla öyrənir.Ən böyük arzusu isə Polis Akademyasına qəbul olmaqdır. Milli Təhlükəsizlik nazirliyində işləmək istəyir Futbol və üzgüçülük sahəsində daha çox fərqlənir. Vətənpərvər mahnılarl çox sevir.Həm idman həmdə dərs yarışlarında birincilik qazanmaq istəyir, və komputer sahəsində heç kimin etmədiyi kəşfi reallaşdırmaq istəyir. Valideyinlərinin sözlərinə görə Rəhman körpəlikdə çox sakit, rahat və ağıllı uşaq olub.Lap körpə vaxtlarından hər şeylə maraqlanan olub. 6 aylığından ana nənəsi Rəhmana bütün hərifləri, rəngləri, heyvanların adlarını öyrədirdi. Bir dəfə 8-9 aylığında uşaq poliknikasına gedən zaman sahə həkimi ona deyib ki , “A”həriflərini göstər o da bütün divardakı plakatlarda “A”hərflərini hamısını göstərdi. Rəhman yaşıdlarından fərqli uşaq olub uşaqlıqdan hər şeylə maraqlanıb özü komputeri öyrənirdi.Kitablara olan sevgisi 6 aylığından sonra onun oyuncaqların əvəzinə kitabları seçməsi ilə nəticələndi və ən maraqlısı isə heç bir kitaba zərər vermədən onları vərəqləməsi idi. Rəhmanın həmçinin çox yaxşı futbol oynamaq bacarığıda var 3-4 yaşından futbol ilə məşğuldur.Uşaq vaxtdan da sürətli uşaq maşınlarını sürüb bütün diqqəti özünə çəkirdi. Bir sözlə Rəhman nə işlə məşğul olur olsun uğur qazanıb.4 yaşından milli rəqslərə getməyə başladı Lökbatan qəsəbəsindəki Mədəniyyət evində bütün iştirak edib.Və 4 yaşından “Cungli “ hazırılq kurslarına getməyə başladı.Məktəbə gedəndə tam yazıb-oxumağı, saymağı, misalları həll etməyi bacarırdı 6-7 yaşlarında “Space”  telekanalında “Mən böyümüşəm” verlişinin həm müxbiri, həm rəqqası olub (2 il ərzində). Məryəm Əlibəyli ilə tanışlığıda o zamandan oldu və onun qrupuna getdi. Öncə “Gülən notlar”, daha sonra isə “Dostlar” qrupunda fəaliyyət göstərirdi. Demək olar ki, bütün telekanalların bayram tədbirlərində uşaq efirlərində və ayrıca Məryəm xanıma həsr edilən verlişlərdə iştirak edib.Daha sonra isə Eıitar gimnaziyaya qəbul oldu və 11 yaşında qurupdan ayrıldı dərsləri çox olduğu üçün Rəhman bu il 9 saylı uşaq musiqi məktəbinin nağara sinifini bitirir, futbola , üzgüçülüyə gedir.
Biz də gələcəyin polisinə uğurlarının davamlı olmasını arzu edirik.


Комментариев нет:

Отправить комментарий