elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 июня 2016 г.

Rüstəmov Ağa Nazim oğlu

 
Rüstəmov Ağa Nazim oğlu 2009-cu il aprelin 14-də Bakı şəhərində anadan olub. Körpəlikdə çox ağıllı, təmizkar, məsuliyyətli uşaq olub. Öz düşüncələri, dəqiqliyi və liderlik xüsusiyyətləri ilə hər kəsi özünə cəlb etməyi bacarıb. Əsgərlərə qarşı xüsusi hörməti var. Harada əsgər görə, salamlamadan keçmir. Böyüyəndə də onlar kimi vətənin keşiyində durmağı özünə borc bilir.

Ağa 4-5 yaşlarından idmana, rəqsə, şəkil çəkməyə. Bu marağına görə valideynləri onu Lokomativ İdman Kompleksində kyokuşin karate idman növünə və Fikrət Əmirov adına6 saylı Uşaq Yaradıcılıq Mərkəzinin rəsm dərslərinə yazdırırlar. Yaşının az olmasına baxmayaraq, Ağanın bu sahələrdə çoxlu uğurları olub. Uşaqlararası şəhər birinciliyi kyokişin karate idman növü üzrə yarışda və XIV Açıq Azərbaycan Çempionatında II yerləri tutmuşdu. Müxtəlif yarışlarda diplom, fəxri fərman medal və hədiyyələrlə təltif olunub. Ağa biləcəri qəsəbəsi Pizhəzərov adına 299 saylı məktəb liseyin I sinfində oxuyur. Əlaçıdır. Sinif və məktəbdaxili müsabiqələrdə oyun və həftənin qalibi olub, təltifnamə qazanmışdır. Müxtəlif kurslarda öz biliyini sınayır. Məktəbini, müəllim və sinif yoldaşlarını çox sevir. Ağa həmçinin gözəl nitqə və səhnə qabiliyyətinə malik uşaqdır. Hələ baxçada oxuyarkən, “Təmiz Binəqədi” layihəsi çərçivəsində Rayon İcra qarşısında yaratdığı kiçik bir səhnəcikdə təbiəti və ətraf mühiti çirkləndirənlərə müraciət etmişdir. Həmçinin Rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirdə çıxış etmişdir. Hazırda məktəb tədbirlərinin fəal iştirakçısıdır. Qazandığı bütün uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdardır. Ağanın əsas amalı dövlətimizin qayda-qanunlarına riayət etmək, mütləq əla oxumaq, valideynlərinə və vətənə layiq yararlı bir insan olmaqdır. Ağadan böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən sualına:”arzumun bir sirr olduğunu” söylədi. Biz də balaca dostumuzun”Sirli arzu”sunun həyata keçməsini, həyata uğurlar qazanmasını arzulayırıq.

Комментариев нет:

Отправить комментарий