elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 июня 2016 г.

Ələkbərli Çingiz Natiq oğlu

Bu günün idmançısı eyni zamanda gələcəyin hüquqşunası Ələkbərli Çingiz Natiq oğlu 06.03.2002-ci il də anadan olub. Çingiz Sumqayıt şəhəri Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı məktəbdə oxuyur.Dərslərini əla oxuyan Çingiz ana dili və tarix fənnini daha çox sevir.Məktəbin bayram tədbirlərində rəqslərlə və idman yarışları ilə fəal iştirak edib( katare üzrə keçirilmiş ) Qazandığı uğurlara görə 22 ədəd medal və fəxri fərmanlarla təltif edilib gənc idmançı.Əldə etdiyi uğur və naliyyətlərə görə anasına və nənəsinə özünü borclu bilir. Məqsədi Azərbaycan bayrağını ən uca zirvələrə aparmaqdır qazandığı uğurları ilə. Gənc və istedadlı idmançı iki ay bundan öncə hüquq işçisi olmaq fikrinə düşüb. Düşünür ki, həm idmanla həm də yaxşı savadlı hüquqşunas olmaqla Vətəninə daha çox fayda verə bilər.Asudə vaxtlarını isə idmana aid məşqlər edir və məsciddə namaz qılır.Valideyinləri Çingiz haqda deyirlər ki, çox dəcəl uşaq olub körpə vaxtdan ağlayan ancaq “xəbərlər” televizya verlişinə baxan zaman sakitləşirdi rəqsə idmana meyilli olub.Məktəbə getməzdən əvvəl bilirdi anası tərəfindən yazmaq və oxumaq öyrədilmişdir.İdmana isə marağı baxça vaxtından yaranmışdı bu marağı onda nənəsi yaratmışdır. Biz də redaksiyamız adından gənc idmançımıza medallarının və uğurlarının sayının çox olmasını arzu edirik.

1 комментарий: