elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 июня 2016 г.

Məmmədov Elvin Bəxtiyar oğlu

Gələcəyin memarı  və rəssamı Məmmədov Elvin Bəxtiyar oğlu 01.23.2003-cü ildə Bakı şəhərində anadan olub. Hazırda 17 saylı məktəbdə oxuyur. Dərslərini yaxşı oxuyur sevimli fənni riyıaziyyatdır. Birinci sinifin yekun tədbirində lider rolunu oynamış, hər kəsin sevgisini qazanmışdır bu onun ilk uğuru sayılırdı demək olar. Həyatının ən maraqlı hadisəsi dostlarının yanında olub.2012-2013-cü illərdə təlim-tərbiyyə üzrə fərqləndiyinə görə balaca memarı diplom və fəxri fərmanlar ilə təltif ediblər.Və memarın uğurları bununla da yekunlaşmır ele hemin ildə 2013-cu il və bir il sonrada Xocalı faciəsinə həsr edilən plakat hazırlığında birincilik qazanmış daha bir diplomla təltif edilmişdir.Hədəfi istedadlı rəssam olmaqdır.Ancaq uşaq vaxtlarından memar olmaq istəyən Elvin fiqurları düzəltmık adi kağızlardan ev qurmaq bacarığında olub.Özünün sözlərinə görə insanların, heyvanların bir sözlə bütün canlıların evi olsun istəyirmiş.Asudə vaxtlarını da elə memarlığa aid şəkildə keçirir kağız və ya kardondan bina tikir. Eyni zamanda Elvin rəsmin rəngkarlıq və dəzgah mövzusunu sevir.Gələcək planları isə təhsilini başa vurduqdan sonra öz koriyerasını qurmaq özü üçün bir emalatxana açmaq sənətin incəliklərini daha dərindən öyrənməkdir.Hələki tarixin yaddaşında qalmaq istəmir.Televiziyaya da efirdə olmayıb , ancaq qəzet və jurnallarda uğurlarına görə onun haqqında yazı gedib. 2015-ci ilin dekabrında “National geographickids” jurnalına “çək göndər” başlığında gəmi şəkli düşüb. “Həqiqətlər və faktlar” qəzetində də əl işləri yer alıb.
01-10.05.2015-ci ildə “İstedad sorağında” müsabiqəsində də iştirak edib


1 комментарий:

  1. Bize sunduqun bu gozel el ishlerine gore sene ayrica teshekkur.Aferin sene.Geleceyde dahada boyuk nailiyyrtler arzulayiram.Sukani bele saxla.

    ОтветитьУдалить