elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 июня 2016 г.

Abdullayeva Züleyxa Nazim qızı

 
 
Züleyxa körpəlikdə çox aktiv, sağlam, hər şeyə maraq göstərən uşaq olub. Uşaqliqdan musiqiyə çox marağı var. Klassik musigini uşaq vaxtından dinləməyi çox sevir. Məktəbə qədər yazıb-oxumağı valideynlərinin köməyilə öyrənmişdi. Valideynlər evdə hər janr musiqi ilə məşğul olduğuna görə Züleyxa bundan ilham alıb bu sənətə gəldi.
Abdullayeva Züleyxa Nazim qızı 2002-ci il sentyabrın 22-də Bakı şəhərində dünyaya göz açıb. Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasında oxuyub. Dərslərə davamiyyətim məqbuldur və sevdiyi fənlər tarix, ədəbiyyat kimya olub. İncəsənət gimnaziyasının bütün konsert proqramlarında müvəffəqiyyətlə iştirak edib. Dəfələrlə diplom və tərifnamə ilə təltif olunub. Züleyxa: Həyatımda ən yaddaqalan hadisə 8 yaşımda Azərbaycanı İtaliyada təmsil etməyim və ölkəmə birinciliyi gətirməyimdir.
Qəhrəmanımız dəfələrlə beynəlxalq musiqi müsabiqələrinin qalibi olub.
2010-cu il Bəstəkarların yubileylərinə həsr olunmuş fortepiano musiqisi festivalının diplomantı oldum.
2011-ci il İtaliya Cioia del Colle “Pietro Argento” adına beynəlxalq müsabigənin I yer laureat.
2011-ci il İsveç Stockolm “Rondo” adına beynəlxalq musigi festivalında diplomant.
2012-ci il Fransa Paris Nikolay Rubinşteyn adına XI beynəlxalq pianoçuların musabiqəsinin I yer laureat.
2013-ci il “İstedadlı Uşaqlar Festivalı – 2013” qazandığı uğurlara görə diplomla təltif olunmuşdur.
2013-ci il Züleyxa prezident təqaüdünə laiq görülmüşdür və istedadların “Qızıl Kitabına” adı yazılmışdır.
2014-cü il Amerika Nyu York “American Protege İnternational Piano and Strings” adına beynəlxalq müsabigənin III yer laureat və Nyu Yorkun möhtəşəm “Carnegiye Hall” konsert zalında Züleyxa Azərbaycan bəstəkarı Adil Babirovun “Preludiya və Skerso” əsərini məharətlə ifa etdim.
2016-cı il İtaliya Pesaro şəhərində keçirilən “Citta de Pesaro” beynəlxalq müsabigəsinin II yer laureat.
Əldə etdiyim uğurlarıma görə Allaha, valideyinlərimə və çox sevdiyim musiqi müəllimim Nigar Nəcəfovaya borcluyam. Yuja Wanga çox oxşamaq istərdim, onun kimi fortepianonun mahir ifaçısı olmaq istərdim.
Öncə konservatoriyanı bitirib, magistratura təhsilimi Vyana Konservatoriyasında almaq istərdim. Savadlı mütəxəssiz olduqdan sonra beynəlxalq müsabigələrdə münsif masasında əyləşmək mənim ən böyük hədəfimdir.
Asudə vaxtlarımda  kitab oxumağı, musiqi dinləməyi xoşluyuram.

Züleyxanın fəaliyyəti AzTV, İTV telekanallarında, radio verilişlərində, “Azərbaycan müəllimi”, “Zerkalo” qəzetlərində, “Nərgiz” jurnalında işıqlandırılıb.  

Комментариев нет:

Отправить комментарий