elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 июня 2016 г.

Məmmədov Aqil Rəşad oğlu

Məmmədov Aqil Rəşad oğlu 3 sentyabr 2006-cı ildə Bakı şəhərində sərin bir payız sabahı bu gözəl qəhrəmanımız dünyaya gəlmişdir. Məhz daşıdığı Aqil babasının adı kimi bu balaca elə lap uşaqlıqdan öz ağılı, intelekti və həmçinin mehribanlığı ilə tez bir zamanda hamının sevimlisinə çevrilmişdir. Onun şahmat, futbol kimi məşğuliyyətləri vardır. Aqil balamız dəfələrlə şahmat yarışmalarına qatılmış və məktəb üzrə 2-ci yerə çıxaraq qələbə qazanmışdır. O artıq məktəbə gedənə qədər həm oxumağı, həm yazmağı, riyazi misal və məsələləri həll etməsi ilə seçilirdi. Bu işdə Aqilə hər zaman dəstək və yardımçı olan anası Könül xanımın xüsusi əməyi olmuşdur.
Hazırda Aqil balamız Bakı Modern Məktəbinin ingilis bölməsinin V sinif şagirdidir. Xüsusilədə riyaziyyat, ingilis dili fənnlərini çox sevir, dəfələrlə Spase televiziyasında bilik yarışmalarında iştirak edərək yüksək nəticələr əldə etmişdir. Həmçinin oxuduğu məktəbdə keçirilən Robototexnika üzrə yarışmalarda iştirak edir. Aqil Məmmədov hər zaman öz üzərində işləyərək yeni biliklər əldə edərək diplomat olmaq arzusundadır. O, vətəni, ölkəni dünyanın hər yerində layiqincə təmsil etmək istəyir. Və bu işdə Aqil ona hər zaman əlindən gələn köməyi əsirgəməyən valideynlərinə minnətdardır. Asudə vaxtlarında Aqil balamız üzgüçülük, basketbol, rəqs, şaxmat və digər idman növləri ilə məşğul olur. Həmçinin oxuduğu Bakı Modern Məktəbinin iştirak etdiyi basketbol komandası ilə əldə etdiyi qələbə ilə valideynlərini çox sevindirib.
Bədii yaradıcılığa qalanda Aqil fortopiano dərsləri alır istirahət saatlarında ifa etdiyi musiqi parçaları ilə ailəsini feyziyyab edir. Ən sevincli günü də məhz atasının ona piano aldığı gün idi. Onu da qeyd etmək istəyərdim ki, Aqil balamız ailənin ilk sevinci, sevimlisidir. O həm istəkli nəvə, həm ağıllı oğul həm də qayğıkeş qardaşdır. Bir sözlə tanrı bu balamızdan şükürlər olsun heç bir varlığı əsirgəməmişdir.
Biz də Aqil balamıza can sağlığı, gələcək addımlarında uğurlar və yeni nəaliyyətlər arzu edirik.

Комментариев нет:

Отправить комментарий