elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 июня 2016 г.

Təmirova Gülnur Əlyar qızı

 
Təmirova Gülnur Əlyar qızı 5 aprel 2001-ci il tarixində Qax rayonunda dünyaya göz açıb. 2007-ci ildə Məmməd Rahim adına 7 saylı tam orta məktəbin I sinfinə qəbul olub. Öz sözlərinə görə dərslərinə həmişə xüsusi vaxt ayırmağı  və həvəslə, tələsmədən oxumağı sevir. Gülnura görə “sevimli fənn” anlayışı yoxdur, o bütün fənnləri eyni səviyyədə öyrənir və sevir. Məktəbdə və məktəbdənkənar müxtəlif növ tədbirlərdə daim fəal iştirakına görə fərqlənib. Həyatının hər gününü sevir və hər günü son günmüş kimi yaşayır. Gülnur eyni zamanda fortepianoda ifa etməyi sevir və bununla yanaşı şeirlər və mahnılar yazmağa cəhd  göstərir. Iştirak etdiyi tədbirlərdən bir sıra sertifikat və tərifnamələr almışdır:
EAC Vacation Certificate of succesfully compliting an english language course at London Hendon 11/7/11-23/7/11.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə” adlı layihədə uğurlu iştirakına görə Bakı – 01/06/2012
Şəhadətnamə verilir Gülnur Əlyar qızı Təmirovaya ondan ötrü ki, o Rəşid Behbudov adına 2 nömrəli 5illik musiqi məktəbinə daxil olmuş və 2015-ci ildə tam kursunu Fortepiano ixtisası üzrə bitirmişdir. 29/06/15
Certificate of Succesfully participated in Winter Science Fair organized by Student Science Society of Qafqaz University (1st place) 21/12/2015
Mu Alpha Theta Aüard from the National High School and Two-Dear College Mathematics Honor Society Presented to Gulnur Tamirova for the challenging, original and creative investigation of a problem involving mathematics accesible to a high student at the Scientist of future of Azerbaijan 13.02.16 IX-XI  Sinif Şagirdləri arasında keçirilən Sabahın Alimləri V Respublika Müsabiqəsində Riyaziyyat Nominasiyası Üzrə II yerə layiq görülmüşdür. 13/02/16

Gülnur bundan başqa asudə vaxtlarında kitab oxumağı, filmlərə baxmağı və musiqiyə qulaq asmağı sevir. Gələcək fəaliyyətini Biznesin İdarə Edilməsi/Menecment ve Reklam işi sahəsində inkişaf etdirməyi düşünür. Gənc istedadımız özünü ilk növbədə özü, sonra isə çevrə üçün yaxşı bir insan, işni bilən peşəkar kimi görmək istəyir. Bunun üçün çox böyük səylə çalışır və əldə etdiyi nailiyyətlər üçün ilk növbədə valideynlərinə, sonra isə məktəb direktoruna və müəllimlərinə bu şəraiti ona yaratdıqları və bu işdə ona dəstək olduqları üçün təşəkkürnü bildirir.

Комментариев нет:

Отправить комментарий