elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 июня 2016 г.

İdriszadə Fatimə Əliağa qızı

 
Deyirlər xoşbəxtlik ani hisdir. İllərlə nəyisə arzulayırsan ona catmaq ücün hər əziyyətə dözürsən və ona qovusanda bəzən adiləsir o hislər.Əslində xoşbəxtliyi,rahatlığı insan sevdiyi  sənətdə tapa bilir.Kimisi rəssam,kimisi həkim,kimisi memar,kimisi də müəyyən sənət sahibi olub həmin sahədə  ruhunun dincliyini,peşəsindən doğan sevinci yaşayır.
Bizim bu gün haqqında danışacağımız övladımız,qızımız gözəl rəsmlər müəllifi,çalışqan şagird,tərbiyəli və sevimli övlad olan Fatimədir. Fatimə İdriszadə Əliağa qızı 2001-ci il oktyabrın 6-da Bakı şəhərində anadan olub .Öz gəlişi ilə ailəsinə sevinc,səadət ,xoşbəxtlik gətirən Fatimə ata və anasının qüruru və fəxri olub həmisə.İlk təhsilini Seyfulla Məmmədov adına Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən 110 nömrəli tam orta məktəbdə alıb.Fatimə hələ aşağı siniflərdə öz bilik və bacarıqları ilə ,rəssamlığa ,incəsənətə meyli ilə müəllim kollektivinin diqqətini cəlb edib.Həmişə dərslərindən əla  qiymətlər alıb.
Əlaçı olan Fatimə bütün fənləri sevir ,daha çox sevdiyi  və ciddi yanaşdığı fənlər ana dili,riyyaziyyat,biologiya,kimya və rəsmdir.Bu sahələrdə daha cox uğur qazanacağına ümid edir.
Fatimə həyatda,təhsildə qazandığı uğurlara görə birinci növbədə onu dünyaya gətirən valideynlərinəa cox anasına,sonra da müəllimlərinə borclu olduğunu söyləyir.Fatimə memar və rəssam olmaq  istəyir.Onun bir-birindən gözəl əl işləri var.Boş vaxtlarını rəsm çəkmək, televizorda intelektual verlisləri izləmək və  sevimli bacısıyla keçirməyi xoşlayır.Çəkdiyi rəsmlərdə təbiət mövzusuna üstünlük verməsi Fatimənincox,kövrək və həssas bir qəlbə malik olduğunu göstərir.Ən böyuk arzusu ali məktəbə qəbul olmaqdı.Birinci qrupa hazırlaşan F atimə Memarlıq  və Kompyüter mühəndisliyi fakültəsinəqəbul olmaq istəyir.Bu sahədə əla mütəxəssis olacağına və koriyera quracağına inanır.Çünki dərslərindən  aldığı yüksək qiymətlər və müvəffəqiyyətlər bunu deməyə əsas verir.O,tarixin yaddaşında  xeyriyyəçi insan kimi  qalmaq istəyir.Fatimə həm də rəssam olacağını deyir.O deyir ki, əgər mən məşhur rəssam olsam açdığım sərgilərdən gələn gəliri yoxsullara,kimsəsizlərə kömək etmək üçün xərcləyəcəm.

 Fatimə körpəlikdən sakit uşaq olub.Hələ iki yaşından rəngləri  tanımış və karandaşlarla rəsmlər çəkirmiş.Dörd yaşında ilə anasının köməyi ilə yazıb oxumağı bacarıb.Altı yaşına çatan Fatimə artıq öz kiçik əlləri ilə rəsmlər çəkərək  könül  dünyasından xəbər verirdi.Əziz oxucular,sizə bu məqaləni təqdim etməklə məqsədimiz Azərbaycanın daha bir istedadlı övladı haqqında məlumat verməkdi.Ugurlar olsun,Fatimə,Allah yolunu açıq eləsin.

Комментариев нет:

Отправить комментарий