elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 июня 2016 г.

Mehdiyeva Ləman Vilayət qızı

 
Mehdiyeva Ləman Vilayət qızı 12.02.2000-ci ildə Şirvan şəhərində anadan olub.Uşaqlıqda sakit təbiətli bir qız olan Ləman 4 yaşı olanda artıq xüsusi istedadlarını biruzə verməyə başlayıb.Bu yaşda o, anasıdan yazıb oxumağı öyrənmişdi və rəqsə maraq göstərirdi.Ləman 5 yaşından etibarən “Cücələrim” rəqs qrupunda rəqs edib.
2006-cı ildə 49 nömrəli “İntellekt” liseyinin I sinfinə daxil olub. IV sinfə qədər bu məktəbdə təhsil alan Ləman,dərslərini yaxşı oxumaqla yanaşı,həm də məktəbdaxili və sinifdaxili tədbir və proqramlarda fəal iştirak edib. IV sinfi bitirdikdən sonra isə İ.Əfəndiyev adına Elitar gimnaziyaya daxil olub. Hazırda X sinifdə təhsil alan Ləman tədris olunan bütün fənləri yaxşı oxuyur. Bununla yanaşı məktəbdə keçirilən müxtəlif tədbirlərdə,musiqi festivallarında fəal iştirak edir. Məktəbdaxili tədbirlərdə səhnələşdirilmiş tamaşa və səhnəciklərdə müxtəlif rolları canlandırmış,musiqili proqramlarda,musiqi festivallarında fortepiano çalmış və eləcə də xorda qrup şəklində çıxış etmişdir.
Ləmanın dərslərindəki və musiqidəki uğurları müxtəlif nominasiyalar üzrə qiymətləndirilmişdir. 2007-ci ildə 1-ci sinfi uğurla başa vurduğuna görə məktəb rəhbərliyi tərəfindən tərifnamə ilə təltif olunub.2008-ci ildə 2-ci sinfi əla qiymətlərlə başa vurduğu üçün tərifnamə ilə təltif olunub.2009-cu ildə rəqs üzrə uğurlu fəaliyyətinə görə təltifnamə ilə qiymətləndirilib.2010-cu ildə 4-cü sinfi  əla qiymətlərlə başa vurduğu üçün tərifnamə ilə təltif olunub.2014-cü ildə 3-nömrəli musiqi məktəbinin fortepiano şöbəsi üzrə təhsilini uğurla başa vurmuşdur. Bütün bunlarla yanaşı  kompüter proqramları üzrə də yüksək biliyə malikdir.Ləman əldə etdiyi uğurlarına görə valideynlərinə və müəllimlərinə borclu bilir.
Gələcəklə bağlı planlarında ilk növbədə ali məktəbə qəbul olmaq və yüksək nəticə ilə təhsilini tamamlamaq durur.Ölkəmizin siyasi-ictimai həyatında rol almağı özünə hədəf seçən Ləman, bunun üçün gələcəkdə tərcüməçi peşəsinə yiyələnmək və diplomatik vəzifə daşımaq istəyir.
Ləman asudə vaxtalarını da dəyərli keçirməyi bacaran bir qızdır.İncəsənətin bir növü olan rəsmlə məşğul olur və müxtəlif mövzularda şəkillər çəkir.

Комментариев нет:

Отправить комментарий