Mehdiyev Əmrah Şücaət oğlu Naxçıvan MR Nehrəm kəndində anadan olmuşdur. İlk təhsilini Nehrəm kənd 1 saylı
orta məktəbdə almış, hazırda Bakı şəhəri Binəqədi rayonundakı 314 saylı tam
orta məktəbin IX sinfində təhsil alır. Dərslərində fəallığı və təhsilə böyük
marağı ilə həmyaşıdlarlarından fərqlənir. Əmrahın fikricə, hər bir fənnin özünəməxsus
gözəlliyi, dərinliyi vardır. Bu fənlərdən ən çox sevdikləri Azərbaycan dili, riyaziyyat,
tarix, ədəbiyyat və ingilis dili fənləridir.
Əmrah məktəbin seçmə şagirdlərindən biridir. Məktəbdə və
şəhədə keçirilən çoxlu sayda tədbirlərdə, elmi konfranslarda, iclaslarda və
bayramlarda iştirak etmiş, bu tədbirlərdə rolları müxtəlif formada olub. Məsələn
: məktəbdaxili və sinif tədbirlərində aparıcı və əsas rol kimi digər məktəbdənkənar
tədbirlərdə isə tamaşaçı kimi iştirak etmişdir. Bu tədbirlərdən bir çoxu isə
Əmrah üçün xüsusi əhəmiyyət kəsb edib, yaddaşında xüsusi iz buraxıb. Çünki, bu tədbirlərdə
fərqlənmə diplomları və sertifikatlar alıb, öz istedadını bir daha sübut etməyi
bacarıb.
Məktəbin kimya fənnindən keçirlən olimpiadanın qalibi
olmuş, fəxri fərmanla mükafatlandırılmışdır.
“Zəfər kursları” təşkil etdiyi imtahanın qalibi olub, həmin
kursda ödənişsiz təhsil almaq imkanı əldə etmişdir.
www.shagird.az saytının təşkil etdiyi onlayn sınaq imtahının qalibi
olmuş, Samsung Galaxy S5 mobil telefonunu qazanmışdır.
“İstedad “
müsabiqəsinin qalibi olmuş, 200 manat pul mükafatı qazanmışdır.
TQDK-nın təşkil etdiyi “Fənlərin birliyi”
olimpiadasının I turunun qalibi olmuş, qızıl diplom və 200 manat pul mükafatı
qazanmışdır.
“Məktəbin ən yaxşı şagirdi” adına layiq görülmüş və
bürünc kubokla təltif olunmuşdur.
İnternetdə fəaliyyət göstərən şagird portallarının
birində təşkil olunmuş fənnlər üzrə imtahanın qalibi olmuş, 700 bal toplayaraq
260 AZN pul mükafatı qazanmışdır.
“Fənnlərin birliyi olimpiadası – 2” iştirak edərək, 700
bal toplamış və 150 AZN pul mükafatı qazanmışdır.
“Fənnlərin birliyi olimpiadası – 3” iştirak edərək, 700
bal toplayaraq Türkiyəyə 8 günlük səyahət imkanı qazanmışdır.
Təhsil Nazirliyinin təşkil etdiyi IX-X siniflər arası
imtahanında 700 bal toplayaraq Qafqaz universitetində ödənişsiz təhsil almaq
imkanı əldə etmişdir.
“Fənnlərin birliyi olimpiadası – 4” imtahanında 700
bal toplayaraq I yerin qalibi olmuş sertifikat və 500 AZN pul mükafatı
qazanmışdır.
“Fənnlərin birliyi olimpiadası – 5” imtahanında 700
bal toplayaraq I yerin qalibi olmuş və Quba şəhərinə 2 günlük VIP gəzinti
qazanmışdır.
“Fənnlərin birliyi olimpiadası – 6 ” imtahanında 685
bal toplayaraq V yerə layiq görülmüşdür.
“Fənnlərin birliyi olimpiadası – 7” imtahanında 700
bal toplayaraq “İlin ən yaxşı şagirdi” adına layiq görülmüş, diplom, qızıl hədiyyəsi
və 360 AZN pul mükafatı qazanmışam.
“Şəhərlər arası
yekun fənnlərin birliyi olimpiadası – 8” 698 bal toplayaraq Bakı, Sumqayıt, Mingəçevir
şəhərləri üzrə II yer, Binəqədi rayonu üzrə isə I yerin qalibi olub, qızıl
diplom, 500 AZN pul mükafatı və İPHONE 6 plyus mobil telefonunu qazanmışdır.
Uğurlarına görə fərqlənmə diplomları və sertifatkaları,
“İlin ən yaxşı və istedadlı şagirdi” adına layiq görülüb və Londona 15 günlük
pulsuz gəzinti və təhsil əldə etmək şansı qazanmışdır.
İştirak etdiyi tədbirlər :
YAP Gənclər Təşkilatının keçirdiyi konfransda iştirak
edib və qızıl diplomla təltif olunmuşdur.
“Ölkəmizi
tanıyaq “ layihəsində iştirak edərək Quba şəhərinə 4 gün 3 gecəlik səyahət əldə
etmişdir.
Binəqədi rayonu Novruz şənliyi və təltifetmə mərasiminin
iştirakçısı olaraq sertifikatla təltif olunmuşdur.
“Təmiz Binəqədi”
layihəsində iştirak etmiş, ağacəkmə aksiyalarında və başqa aksiyalarda iştirak
edərək fərqlənmə diplomu almışdır.
“İstedadlar
müsabiqəsi”-də iştirak etmiş və “İstedadlı şagird” adına layiq görülmüşdür.
“Aktyorlar
günü”nə həsr olunmuş tədbirə Azərbaycan Dövlət Akademik Dram Teatrından dəvət
almışdır.
“Kimsəsiz
qoclara yardım” aksiyasına qoşulmuşdur.
Mənim istedadım” layihəsində iştirak etmiş və 2015-ci
ilin “Ən yaxşı və bacarıqlı şagirdi” adına layiq görülmüşdür.
“Təmiz Binəqədi
naminə gənclər formunun” iştirakçısı olub və sertfikata layiq görülmüşdür.
Əmrah Mehdiyev Təhsil Nazirliyinin keçirdiyi son 3
imtahanda 700 bal toplayaraq I yerə çıxıb, mukafatlar qazanıb: "Sınaq
imtahanı-1"-də 700 bal toplayaraq I yerə çıxmış və “2015ci-ilin ən yaxşı
şagirdi” adına layiq görülmüşdür. "Sınaq imtahanı-2"-də 700 bal
toplayaraq "Uğur Mükafatına" layiq görülmüşdür. Sınaq imtahanı yekun-3"-də
700 bal toplayaraq İstanbula 3 günlük tətil qazanmışdır.
Əmrah əldə etdiyi uğurlara görə əvvəlcə onu dünyaya gətirən
nur üzlü anasına, təhsili üçün əlindən gələni
edən atasına və təhsilində ən böyük rolu olan, onu savadlı kadr kimi böyüdən müəllimlərinə
öz sonsuz təşəkkürünü bildirir və özünü onlara qarşı hər zaman borclu hesab
edir.
Əmrahın uğurları böyük olduğu kimi gələcək arzu və
planları daha böyükdür. Qəbul imtahanında 700 balla ADA universitetinə qəbul
olmaq onun ən böyük məqsədidir.Təhsilini sonradan xarici dövlətlərdə xüsusiylə İngiltərədə
Oxford universitetində davam etdirmək istəyir.
Asudə vaxtları univrsitetə hazırlıqla bağlı az olsa da,
Əmrah həmişə çalışır ki, bu boş olan vaxtlarını daha gözəl, daha səmərəli
keçirsin. Asudə vaxtlarında tarixi muzeylərə, kinoteatrlara kitabxanalara gedir
və digər boş qalan vaxtlarında qocalar evlərini uşaq evlərini ziyarət edir.
Əmrah bununla nəinki öz yaşıdlarına, həmçinin böyüklərə də örnəkdir.
Qəhrəmanımız kiçik yaşlarında bədii yaradıcılıqla daha
çox məşğul olmuş, kiçik şeirlər, hekayələr yazıb. İndi isə incəsənətlə daha çox
məşğul olmağa, şəkillər, çertiyojlar çəkməyə üstünlük verir. Bu işlə yalnız boş
vaxtlarımda məşğul olur.
Əmrah gələcəkdə hüquqşünas olmaq istəyir.
Əmrah mavi ekranın nəzərindən də kənarda qalmayıb.
Televizyada müxtəlif vaxtlarda çıxışları olub. Çıxışlarının ən çoxu Az tv
kanalında xüsusi xəbərlər reportajında verilmişdir.
İndi isə keçək, müəllimlərinin Əmrah haqqındakı fikirlərinə:
Daşdəmirov Vidadi (İngilis dili, məktəbin direktoru) -
Əmrah məktəbimizin nümunəvi şagirdlərindən biridir. Dərslərində fəaldır. Bütün
fənn müəllimləri Əmrahdan razıdır. O, məntiqli və intellektlidir.Hər bir yerdə
öz məktəbini və adını layiqincə təmsil edə bilir.
Mehdiyeva Lamiyə (Biologiya, məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini)- Mehdiyev Əmrah məktəbimizin istedadlı şagirdlərindən
biridir.Onun qabiliyyəti, savadı və əzmkarlığı daha çox tərifə layiqdir.Gələcəkdə
dövlətimizə lazımlı bir şəxs kimi formalaşacağına inamım yüksəkdir.
Alıyev Ramal (Tarix) - Mən Mehdiyev Əmrah Şücaət
oğluna dərs keçdiyim vaxtdan onun bilik və bacarıqları diqqətimi cəlb
etmişdir.İstərdim ki, belə şagirdlərin sayı daha çox olsun. Əmrah Mehdiyevin
uğurlarının davamlı olacağına inanıram.
Əyyubzadə Günay (Coğrafiya) - Mən Əmrahla fəxr edirəm
və bu cür istedadlı, bacarıqlı, qabiliyyətli şagirdin formalaşmasında rolum
olduğuna sevinirəm.İnşallah uğurları davamlı olsun.
Qurbanova Arzu (Azərbaycan dili və ədəbiyyat) - Çox mədəni,
səliqəli və tərbiyəli şagirddir.Həm müəllimlərin həm də, sinif yoldaşları
arasında çox sevilir. Düşünürəm ki, gələcəkdə daha böyük uğurlar əldə edəcək.Həm
məktəbimizi, həm də ölkəmizi xaricdə uğurla təmsil edəcəyinə inanıram.Harda
olursa-olsun məktəbi və müəllimləri onunla qürur duyacaq və nailiyyətlərini səbirsizliklə
gözləyəcəklər.
Biz də öz növbəmizdə Əmraha uğurlar arzu edir, gələcəkdə
daha uca zirvələri fəth edəcəyinə inanırıq.
Этот комментарий был удален администратором блога.
ОтветитьУдалитьЭтот комментарий был удален администратором блога.
ОтветитьУдалить