Vətənimizin istedadlı övladlarından biri də Bədəlov Cabir Nadir oğludur. Cabir 4 oktyabr 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Cabir uşaqlıqdan ağıllı, enerjili, hər şeylə maraqlanan, xüsusi düşüncəyə malik və çox ağıllı bir uşaq idi. O, avtomobil oyuncaqları ilə oynamağı, yelləncəkdə yellənməyi, rəsm çəkməyi çox xoşlayır və musiqi səsi eşitdikdə isə rəqs etməyi də unutmurdu. Məktəbə gedənə qədər yazıb oxumağı bacarırdı. Bunu ona atası anası öyrətmişdi. Dərslərini əla qiymətlərlə oxuyan Cabir bütün fənləri çox sevir. Əlaçı olmaqla yanaşı ictimai tədbirlərdə də aktivliyi ilə seçilir. Belə ki, o, Təbəssüm rəqs qrupu vasitəsi bayramlarda və dövlət tədbirləində çıxış etmişdir. Hər dərs ilinin sonunda əlaçı olduğuna və nümunəvi davranışına görə və Tərəqqi liseyində ibtidai sinifi fərqlənmə ilə bitirdiyinə görə diplomlarla təltif olunmuşdur. Əldə etdiyi uğurlara görə özünü valideynlərinə və ibtidai sinif müəllimlərinə özünü borclu hiss edir və atasına oxşamaq istəyir. Cabir asudə vaxtlarında müxtəlif janrlarda kitablar oxumağı və futbol oynamağı çox sevir. İstedadı ilə bağlı bir çox Aerbaycan telekanallarında çıxışları olub. Bunlara misal olaraq məntiqlə əlaqədar Aztv kanalının “Çoxbilmiş” verilişinin qalibi, rəqs fəaliyyəti ilə əlaqədar isə dəfələrlə İTV, Az.TV, Lider TV, ANS TV və Space TV telekanallarında çıxış etmişdir.
Cabir 5 yaşından hüquqşüns olmaq istəyir və insanların hüquqlarını qorumaq istəyir.
Ona bu yolda uğurlar diləyirik.
Комментариев нет:
Отправить комментарий