elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 июля 2015 г.

Zeynallı Vüsal İlham oğlu

Zeynallı Vüsal İlham oğlu 28 may 2000-ci ildə  Bakı şəhərində anadan olub.  Vüsal kiçik yaşlarından cəld olub.Yaddaşı iti olub. 3 yaşından düşüb həyətdə özü oynayıb. Mobil telefonun bir çox funksiyalarını özü sərbəst öyrənib.Oxuya bilmədiyi halda göz yaddaşı ilə telefon və kompüterin menyusuna girib, axtardığını tapardı. Baxçaya 4 yaşında gedib, orada da digərlərindən fərqlənib. Baxça müəllimləri onun başqa bir  uşaq olduğunu söyləyiblər. Amma o baxçanı sevməyib, məktəbə getmək üçün ağlayib. Əsgər paltarını, tapançasını çox sevib.  Ən çox sevdiyi mahni "Əsgər marşı və himnimizdir. 3  yaşında olarkən  100-ə qədər sayıb. 3 yaşında bacısının bərkdən oxuduğu şeirləri ondan əvvəl əzbərləyib. Məktəbə getməmişdən əlifba kitabının  şeir və mətnlərini bacısı köməyilə öyrənib, yadda saxlayıb. 6 yaşında 1-ci sinfə gedəndə elədə çətinliyi olmayıb. Çünki 3 il qabaqdan  məlumatı var idi. Bəzən evə sabahkı dərslərini məktəbdə hazırlayıb gedib. Səliqəli uşaq olub. Valideynlərindən xahiş edirmiş ki, ona  tapşırıq versinlər, o da  həll etsin. Anasının danışdığı nağılları hərfiyən yadında saxlayıb. Təkrar danışanda səhvimni, ötürdüyü cümlələri deyib. Şeirləri iki dəfə oxumaqla əzbərləməyi bacarıb. Dərsdə çəkinməz, sərbəst olub. Hamıdan yaxşı cavab verməyi,hamıdan tez cavab verməyi xoşlayıb.Yarışlarda məqsədi birincilik olub. Məqsədinə çatmaq üçün kitabları töküb təkrarlayar, heç bir yoldaşına etibar etməyib. 
Hal-hazırda 104 saylı məktəbdə oxuyur. Ən  sevdiyi fənn Azərbaycan tarixidir. Yarışlara, olimpiadalara da bu fənn uzrə qatılıb. Məktəb üzrə 1-ci yeri qazanıb. Rayon turunda yaxşı nəticə göstərdiyinə görə məktəb rəhbərliyindən yazılı Təşəkkür alıb. Daha çox humanitar fənnləri sevir. Amma riyazi hesablamaları tez və şifahi həll edir. Böyük rəqəmləri qısa vaxtda şifahi hesablayıb cavab verir. Diplomat olmaq istəyir, hədəfi 700 bal toplamaqdır.
Həyatında ən maraqlı gün İstanbula ailəmlə getdiyim gündür.Tarixi şəhər olduğu üçün çox maraqlanıb və gəzib. Kitablarda oxuduğu tarixi yerləri görüb,  unudulmaz günlər yaşayıb.
Asudə vaxtlarında velosiped sürür, internetə daxil olub maraqlı faktları oxumağı sevir.
Yaxşı oxuduğu üçün müəllimlərinə və valideynlərinə borcludur.
Arzusu ADA-ya daxil olmaq, Diplomat olub xaricdə xalqını, dövlətini layiqincə təmsil etməkdir.
Uğurlar sənə kiçik diplomat!

Комментариев нет:

Отправить комментарий