elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 июля 2015 г.

Türkanə Bəybala qızı Məhərrəmli

Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri Türkanə Bəybala qızı Məhərrəmlidir. Türkanə 1 yanvar 1998-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. Valideynləri deyir ki, Türkanə körpəlikdə çox çevik və dəcəl uşaq olub .Uşaqlıqda maraqlı oyunlar oynayır ,şəkilli kitablara baxır və cızmaqara edirdi. O, məktəbə gedənə qədər artıq oxuyub-yazmağı və saymağı bacarırdı . Bütün bunları ona böyük bacısı  öyrətmişdir. Türkanənin istedadı ilə bağlı maraq özünü məktəb illərində göstərmişdir. O, birinci sinfə Gölyeri kəndi Eminağa Novruz Adına orta məktəbdə getmişdir. Hazırda isə 117 saylı tam orta məktəbi bitirmişdir. Dərslərini   çox yaxşı oxuyur və bacardığı qədər müəllimlərinin ondan razı qalması üçün əlindən gələni əsirgəmir.
Ən çox sevdiyi fənlər isə azərbaycan   dili,  tarix,ədəbiyyat və ingilis dilidir. 
Türkanə  məktəbdə keçirilən bütün tədbirlərdə ,bayramlarda iştirak etmişdir. Eyni zamanda MKS-nin müxtəlif tədbirlərində də rol almışdır. O,hər zaman bütün  rollarını  layiqincə yerinə yetirməyə çalışmışdır. Türkanə Bakı şəhər  mədəniyyət  və Turizm idarəsi tərəfindən Fəxri Fərmanla  təltif olunduğu  günü ən uğurlu gün hesab edir. O,bu günə qədər əldə etdiyi uğur və   naliyyətlərinə görə ilk növbədə ailəsinə və daha sonra məktəbdə azərbaycan dili və ədəbiyyat  fənnini tədris edən Məhərrəmov Babəli müəllimə özünü borclu hesab edir.
İstedadının  üzə  çıxmasında onun böyük rolu vardır. Türkanə gələcək həyatında vətənə layiqli bir jurnalist olmağı qarşısına məqsəd qoymuşdur . O, öz  fəaliyyəti ilə bağlı Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevə oxşamaq istərdi.
Türkanə öz fəalliyyətinə dərindən yiyələnib jurnalistlik sənətinin ən uca pilləsinə qədər yüksəlməyi hədəfləmişdir.
O,asudə vaxtlarında  şeir yazır ,bir sıra səxsiyyətlər haqqında araşdırmalar aparır və müxtəlif yazıçılarımızın əsərlərini oxuyur. Türkanə bədii yaradıcılıqla müntəzəm məşğul olur və daha çox vətənpərvərlik mövzusuna öz fəaliyyətində yer ayırır. O,ilk növbədə     hazırda universitetə hazırlaşdığı üçün yüksək balla BDU -ya daxil olmaq və arzusunda olduğu jurnalistlik sənətinə dərindən yiyələnmək istəyir.
Türkanənin fikrincə tarixin yaddaşında yaşamaq üçün gələcəkdə yerinə yetirmək istədiyi Xeyriyyə Cəmiyyəti yaradıb, dünyadakı bütün köməksiz ,əzilən insanlara maddi və mənəvi dəstək olmaqdır. Türkanənin  istedadı ilə bağlı qəzetdə məlumat verilib və elə həmin qəzetdə onun şeri də yer almışdır.

Arzusu, məqsədi böyük olan  Türkanəyə  biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий