elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 июля 2015 г.

Qasımova Nərmin Anar qızı

Qasımova Nərmin Anar qızı 2 iyul 2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur.Nərmin ağıllı,səliqəli,düzgün sözə yatımlı uşaqdır.Uşaqlıqdan mozaikaları çox sevir,  əsasən də nağıl qəhrəmanlarının mozaikalarını.
Hazırda Nərmin Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 saylı tam orta məktəbdə təhsil alır.Dərslərini çox yaxşı oxuyur.Ən çox sevdiyi fənn Həyat bilgisidir.Məktəbə gedənə qədər artıq saymağı bacarır,hərfləri və rəngləri tanıyırdı .Bunu öyrənməkdə valideynləri və bağça müəllimləri kömək olmuşdur.Valideynləri Nərminin istedadını hiss edəndən sora ona hərzaman dəstək olmuşlar.
Nərmin məktəbdə və bağçada keçirilən  tədbirlərdə fəal  iştirak etmişdir.Ən çox xoşuna gələn tədbir isə Abşeron rayonun da keçirilən Novruz  bayramı  tədbiri olmuşdur.Həmin Abşeron icra başcısı Zakir Fərəcov Nərmin şeir söylədikdən sonra onu alqışlamışdır.
Gələcəkdə ən böyük arzusu  məktəbi qızıl medalla bitirib, yüksək balla    ali məktəbə daxil olub və prezident təqaüdçüsü  olmaq istəyirvətənə xeyrli həkim olub və insanlara şəfa bəxş etmək istəyir.İnsanları şəfası tapılmayan xəstəlikləri görəndən sonra bu fikrə Nərmin düşdüyünü söyləyir.
Asudə vaxtlarında kitab oxumağı,rəsm çəkməyi, rəfiqələri ilə və böyük bacısı ilə oynamağı xoşlayır

Əldə etdiyi uğurlara görə ən birinci valideynlərin,baba və nənəsini sonra isə bağça və məltəb müəllimlərinə təşəkkür edir.Gələcək həyatında Nərminə müvəffəqiyyətlər arzu edirik.

Комментариев нет:

Отправить комментарий