elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 июля 2015 г.

Nağızadə Tural Ceyhun oğlu

Nağızadə Tural Ceyhun oğlu 2007-ci il, sentyabrın 18-də Bakı şəhərində anadan olub. Əslən Kərbəcərlidir. Turalın ata-babası Azərbaycanın dilbər güşələrindən olan, hazırda düşmən tapdağı altında olan Kəlbəcər rayonundandı. Tural Kəlbəcəri görməsə də böyüklərin evdə Kəlbəcərdən söhbət açanda, onda da bir vətən həsrəti baş qaldırır. Balaca Tural hər yerdə qürurla mən Kəlbəcərliyəm deyir. İnşallah, o elə Kəlbəcər torpağında bu sözü daha cəsarətlə söyləyər.
Körpəlikdə çox sakit uşaq olub. Məktəbə gedənə kimi yazıb-oxumağı öyrənib. Anasının və hazırlıq müəlliminin köməyilə öyrənmişdi Tural bütün bunları. Turalın qavrama qabiliyyəti çox yaxşıdır. Riyazi hesablamalarda, məntiqi məsələlərdə həmişə yaxşı nəticələr əldə edir. Elə uşaqlıqda da öz qabiliyyəti və xüsusi dərk etmə qabiliyyəti, hadisələrə yanaşması ilə diqqəti cəlb edib.
Tural hal-hazırda 72 saylı orta məktəb-liseydə təhsil alır. Dərs əlaçısıdır. Bütün fənnləri oxumağı sevir. Ən xoşladığı fənn isə riyaziyyatdır.
İdman tədbirlərində fəal iştirak edir. Tədbirlərdə bir sıra diplomlar qazanıb. Komandasıyla birlikdə 2-ci, 3-cü yerləri paylaşıblar. 9 iyunda Budo-kan klubunun təşkil etdiyi imtahanda bacarıq göstərərək III kyu qəhvəyi kəmərə layiq görülüb.
Əldə etdiyim nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə minnətdar olan Tural, onların etimadını doğruldacağına söz verib. Milləti, Vətəni üçün gərəkli vətəndaş olub, hansısa vacib sayılan bir peşəyə yiyələnmək istəyir. Gələcəkdə hansı peşəyə yiyələnəcəyini hələ dəqiqləşdirməyib. Bunun üçün hələ çox yaxşı oxumalı olduğunu anlayır. Orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmaq arzusundadı. Buna görə də dərslərinin hamısını yaxşı oxuyur, fənnlərin bir-birindən gözəl olduğunu anlayır.
Asudə vaxtlarından səmərəli istifadə etməyə çalışan Tural, gəzintiyə, kitab oxumağa, ingilis dili öyrənməyə, idmanla məşğul olmağa üstünlük verir. Eyni zamanda tar dərsləri də alır. Artıq tarda bir neçə mahnı ifa etməyi bacarır və çox istəyir ki, tarı gözəl çala bilsin. Tar Azərbaycanın qədim musiqi alətidir, Turalda tara maraq onun qədimliyindən qaynaqlanır. Musiqi alətləri içərisində tar alətini seçməsi həm də onun milli, mənəvi dəyərlərə üstünlük verməsini sübut edir.
Turala müəllimləri, valideynləri həmişə deyir ki, mərd, cəsarətli olmaq, heç vaxt yalan danışmamaq, yaxşı bilik qazanmaq, mərhəmətli olmaq, daima düzgün qərarlar qəbul etmək, əldə etdiyin uğurlar və uğursuzluqlardan düzgün nəticə çıxarmaq insanı bir şəxsiyyət kimi formalaşdırır. Tural da ona deyilən bu sözləri hər zaman xatırlayır, gələcəkdə də əməl etməyə çalışacağını söyləyir.

Uğurların bol olsun!

Комментариев нет:

Отправить комментарий